Məsafəli iş rejimi

24.08.2020C&S Group 1282

Hal-hazırda dünya üzərində hökm edən koronavirus pandemiyası ilə əlaqədar məsafədən aparılan iş rejimi işçi qüvvəsi, iqtisadiyyat və siyasətdə köklü dəyişikliklərə səbəb ola bilər. ABŞ-da aparılan bir araşdırma pandemiya əsnasında işlərini evdən aparan hər beş işçidən birinin ofisə qayıtmağı düşünmədiyini ortaya qoydu.

"İşi apara bilirsənsə, işə getməyə ehtiyac yoxdur" ifadəsi qısa müddətdə varlanmaq əzmində olan məkrli insanların şüarına çevrildi. İşlərini komputerdə və ya internet üzərindən idarə edə bilən işçilərin əksəriyyəti pandemiya riski səbəbiylə aylardır ofislərinin qapılarını açmır. Bəs bu vəziyyət nə qədər davam edəcək? Amerikadakı araşdırmalar və böyük şirkətlərin verdiyi açıqlamalar vəziyyətin davamlı ola biləcəyinə işarə etdi. Tədqiqat və izahatlara əsaslanan “The Atlantic” jurnalının təcrübəli iqtisadiyyat, texnologiya və media yazarı Derek Tompson işçiləri gözləyən nüansları və bu nüansların şəhər həyatına təsirlərini araşdırdı. Thompsonun yazısından diqqət çəkən cümlələr: “Mart ayında bir çox sektorlarda çalışan on milyonlarca insan məsafədən çalışma kimi ani və xaostik bir təcrübəyə başladı. Üzərindən bir neçə ay keçdi, lakin bu müddət bitəcəkmiş kimi görünmür”.

“Google” iyul ayında 200 minə yaxın işçinin ən azından gələn yaz aylarına qədər evdən işlərini davam edəcəyini artıq bildirmişdi. Mark Zuckerberg, “Facebook”un iş gücünün yarısının 10 il içində uzaqdan aparılacağını gözlənilən hal sayırdı. “Twitter” çalışanlarına evlərindən işləməyə davamlı olaraq davam edəcəklərini bildirdi.”

 

Bu yöndə araşdırma aparan bir çox insanın, fikrincə, evdən iş rejimi böyük şəhərlərdən işçi qüvvəsinin köçünə səbəb olacaqdır. Nəhəng şirkətlər məsafədən iş rejimini dəstəkləyərkən, yüksək maaşlı iş və bahalı mənzillərin bir araya gəldiyi cəlbedici şəhərlərdə əmlak bazarı qarışıq haldadır. Məsələn, kirayə yaşayanların sayı San-Fransiskonun Körfəz Bölgəsində azalır, Nyu Yorkda ofislər hələ də boşdur.

“Harvard Business School”iqtisadçılarının apardığı anketə əsasən epidemiya bitdikdə altı işçidən birinin həftədə ən az iki gün evdə tək və ya iş yoldaşları ilə birlikdə işləməyə davam edəcəyi bildirilib. Qlobal sərbəst iş platformu “Upwork” tərəfindən insan resursları rəhbərləri ilə aparılan bir başqa anket iş gücünün beşdə birinin pandemiyadan sonra tamamən uzaqdan aparılacağını irəli sürdü.

Belə bir nəticəyə gəlinir ki, işçi heyətinə şəhər mərkəzindəki ofisin bağlı olduğu söylənilərsə, bəzi işçilər işlərini böyük şəhərlərdən xaricə köçürəcək. Bu isə çox barizdir. Bu dəyişimə başlanğıçda mülayim yanaşılsa da, bir sıra ölkələrin mədəni, iqtisadi və siyasi gələcəyində daha önəmli dəyişikliklərə yol açılacaqdır.

 

2000- ci ildən səyahət, yemək və əyləncəyə yatırılan məbləğlər bu sektordakı inkişafı digər sektorlara nisbətdə üç qat artırdı. Dünyanı saran pandemiya dövrünə görə bu sektordakı irəliləyişin sonlanması mümkün olan hala çevrildi.

İş səyahətlərinin azalması aeroport, hotel və restoranlardakı işində azalacağı deməkdir. Bu kimi hallar isə insanlar depressiv halları artırır.

Thompson fikirlərində məsafəli iş rejimdə işləmənin insanlar üzərindəki təsirinədə toxunur: “ 25 - 55 yaş arasındakı insanların çoxunun demək olar ki, hər gün getdiyi bir yer var ki, bu da iş ofisləridir.

Məsafədən işləmə rejimini təcrübə edən bir çox şirkət bu yeni dünya üçün ofis tətbiqlərini surətlə yeniləməyə məcbur oldular. Rəhbərlərin bir qismi bu təcrübə dövrünün son dərəcədə yaxşı, bir qismi isə pis getdiyini söyləyir.”

 

Bu şəraitdə əlavə iş və təşəbbüslər arta bilər;

“Bir çox işçinin həmkarları ilə olan münasibətləri dəyişir. Onlayn ünsiyyət, keçmiş Google mühəndisi və korporativ məsləhətçisi Bill Duannin dediyi kimi qarşılıqlı anlaşma üçün mina sahəsi ola bilər. Evdən iş apararkən, ofislə olan bağlantımız zəiflərkən ofis xaricindəki dünya ilə də bağlantımız genişlənir. Məsafəli təcrübə mərhələli olaraq şirkət işçiləri arasındakı münasibətləri zəiflədərkən, bəzi işçilər ilə digər professional müəssisələr arasındakı bağlantıları gücləndirə bilər. İnsanlar ofislə olan bağlantılarının virtual olduğunu başa düşdükcə daha çox əlavə işlərə baş vura bilər və hətta öz şirkətlərini yarada bilərlər. İddialı mühəndislər, media işçiləri, marketoloqlar, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları tək və müstəqil olduqlarını anlayıb bu vaxt kəsimini əlavə gəlirə çevirə biləcəklərini başa düşəcəklər.

 

Ofisdə iş rejiminə hansı şərtlər daxilində dönmək olar?

Şirkətlər məsafəli işin xaos olduğunu başa düşərlərsə, “IBM” və “Yahoo”nun elədiyi kimi məsafəli iş təcrübəsini vaxtından tez ləğv etmək qərarına gələ bilərlər. Hazırda məsafəli iş rejiminə keçmiş ən prestijli texnologiya şirkətlərinin yeddi ay qabaq ofislərini ən yaxşı suşi restoranları, yoqa otaqları və digər istirahət otaqları ilə təchiz etmələri maraq doğuran haldır. Bir çox şirkət isə məsafədən işin iş qüvvəsi arasında əlaqəni yox etdiyini fərq edərsə ofislərə geri dönüş təcili şəkildə həyata keçirilə bilər. Məsələn, Facebook məsafəli iş rejiminin elan olunduğu dövrdən üç ay belə keçməsini gözləmədən Manhettanda 730.000 kvadratmetr bir ofis kirayələdi.

“Məsafənin ölümü” fərziyyəsi əvvəllər səhv idi, lakin Nyu York əhalisinin şəhər ətrafı ərazilərə axışması bu iş mədəniyyətinə gedən yolun artıq alovlandığını göstərir.

Bu zamana qədər ilk dəfədir ki, dünyanın ən böyük şirkətləri yüz minlərcə işçiyə tam bir il və ya daha uzun zaman ofisdən uzaq olmaq gərəkdiyini bildirir. Verilən bu qərarların beş il sonra ofis mədəniyyətinə təsir göstərməməsi, əlbəttə ki, qəribə hal olar.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın