Maliyyə hesabatlılığı biznesin uğurlu olmasının əsas şərtlərindən biridir. Maliyyə hesabatlarının düzgün və şəffaf olması keçmiş fəaliyyətləri dəqiq analiz etməyə və növbəti addımları bu analizlərə əsaslanaraq daha düzgün atmağa imkan verir. Şəffaf və düzgün hazırlanan maliyyə hesabatları həmçinin investorların, kredit verənlərin və digər maraqlı tərəflərin diqqətini daha çox cəlb edir. Gəlir və xərclərin dəqiq göstərilməsi tərəflər arasında güvən hissi yaradır. Bu məqalədə bizneslərin davamlı böyüməsi üçün vacib olan maliyyə hesabatlılığının 5 əsas prinsipi haqqında məlumat verəcəyik.
Dəqiqlik və dürüstlük:
Maliyyə hesabatlarının hazırlanmasında dəqiqlik və dürüslük ən vacib şərtlərdən biridir. Hesabatlarda bu prinsipə əməl etmək üçün əvvəlcə maliyyə məlumatlarnı düzgün toplamaq, yoxlamaq və daha sonra təsdiqləmək tələb olunur. Səhv məlumatlar əsasında hazırlanan bu hesabatlar növbəti mərhələlərdə yanlış addımlar atmağa və səhv qərarlar verməyə səbəb ola bilər. Dəqiq və düzgün maliyyə məlumatları əsasında tərtib olunan hesabatlar mövcud maliyyə vəziyyətini analiz edərək səhv qərarlar verilməsinin qarşısını alır.
Şəffaflıq:
Bu prinsipə görə biznesin maliyyə vəziyyəti və performansı maliyyə məlumatlarının dəqiq və düzgünlüyünə əsaslanaraq təqdim olunmalıdır. İnvestorların və digər maraqlı tərəflərin biznesin maliyyə vəziyyəti barədə dolğun məlumat alması gizli və ya yanlış məlumatların omadığını göstərərək biznesin etibarlılığını artırır.
Müxtəliflik və tutarlılıq;
Maliyyə hesabatlarının müxtəlifliyi və tutarlılığı vacib prinsiplərdəndir. Maliyyə hesabatlarının müxtəlifliyi dedikdə, biznesin maliyyə vəziyyətinin və performansının hərtərəfli təhlili nəzərdə tutulur. Tutarlılıq isə hesabatların hər dəfə eyni qaydada hazırlanması və təqdim edilməsi deməkdir. Bu formada hazırlanan hesabatlarda məlumatların müqayisəsi asanlaşır. Müxtəliflik və tutarlılıq, maliyyə məlumatlarının dəqiq müqayisə edilməsinə və analitik təhlillərin aparılmasına imkan verir.
Qanun və standartlara uyğunluq:
Maliyyə hesabatlarının hazırlanması zamanı onların standart və qaydalara uyğun olmasına diqqət etmək lazımdır. Bu prinsip bizneslərin hüquqi tələblərə və beynəlxalq standartlara cavab verməsini təmin edir. Bu qayda və standartlara riayət olunmayaraq hazırlanan hesabatlar ciddi hüquqi və maliyyə pozuntusuna səbəb ola bilər. Bu isə özü ilə müxtəlif cərimələr gətirir. Qanunlara riayət etməyin vacibliyi, maliyyə məlumatlarının etibarlılığını təmin edərək bizneslər üçün yaranmış ola biləcək hüquqi və maliyyə risklərini azaldır.
Vaxtında və daimi hesabatlılıq:
Maliyyə hesabatlarının vaxtında təqdim edilməsi də mühüm prinsipdir. Müəssisə müəyyən dövrlər üzrə (aylıq, rüblük, illik) maliyyə hesabatları hazırlamalıdır. Hesabatların vaxtında və daimi olaraq hazırlanması maliyyə vəziyyətinin və performansının hər dövr üçün izlənməsinə, maliyyə vəziyyətinin və fəaliyyətinin davamlı olaraq monitorinq edilməsinə və vaxtında tədbirlərin görülməsinə imkan yaradır. Bu, həmçinin biznesin maliyyə məsələlərinin planlı idarə olunmasını təmin edir.
Maliyyə hesabatlılığının qeyd etdiyimiz bu beş əsas prinsipi, bizneslərin maliyyə məlumatlarının şəffaf, düzgün və vaxtında təqdim olunmasını təmin edir. Bu prinsiplərə riayət etməklə, bizneslər maliyyə fəaliyyətlərini daha effektiv idarə edə və maraqlı tərəflərin etimadını qazana bilərlər. Maliyyə hesabatlılığının düzgün yerinə yetirilməsi, biznesin uzunmüddətli uğurunu və inkişafını təmin edir.
C&S Group şirkəti olaraq həm fərdi sahibkar, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə konsaltinq xidmətlər göstəririk. Şirkətimiz illərdir ki, hər iki formada biznesin yaradılması, mühasibatlıq və audit, hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir.