Maliyyə sanksiyası

17.05.2021C&S Group 210

 

Vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları tətbiq edilir?

Vergi ödəyicilərinin qarşılaşmaq istəmədiyi hallardan biri maliyyə sanksiyasının tətbiq olunmasıdır. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən;

-          Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə;

-          digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə;

-          Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinn 58.2-ci maddəsi isə “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını tənzimləyir.

Məsələn, qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökumət təşkilatı keçən ilin noyabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, vergi orqanına qeydiyyat üçünsə bu il yanvarda müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Fiziki şəxslərlə bağlı olan məsələyə nəzər yetirək; əgər fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, vergi orqanlarında uçota durmaq üçün müraciət etmirsə, bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etmədiyinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası hesablanır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın