Maliyyə

16.09.2020C&S Group 2242

 

Çek dəftəri siyahısından, aylıq ev xərcləri və büdcəsini idarə etməkdən tutmuş təqaüdə çıxma planlarına qədər geniş mövzuları əhatə edən maliyyə savadı pulumuzu idarə etməyi formalaşdırır.

Maliyyə təhsili və məsləhət xidmətləri göstərən qeyri-kommersiya “Money Management İnternational maliyyə savadlılığı bacarığını artırmaq üçün 30 addımlıq bir yol yaradıb. Ən yaxşı məqalələrdən toplanmış 5 maliyyə yaxşılaşdırma metodunu sizə təqdim edirik:

-          Başlanğıc nöqtənizi müəyyənləşdirin:

Əgər maliyyə savadınız maddi vəziyyətinizin hal-hazırda hansı nöqtədə olduğunuzu bilmənizi təmin edəcək qədər yaxşı deyilsə, gələn il, 5 il və ya 10 il sonra, həmçinin, təqaüdə çıxandan sonra hansı yerdə olacağınızı planlaşdırmaqda çətinlik çəkə bilərsiniz. Buna görə də başlanğıc nöqtənizi müəyyənləşdirmək çox vacibdir.

Xalis dəyəri hesablamaq həm cari maliyyə vəziyyətinizi, həm də zamanla nə qədər irəliləməyinizi qiymətləndirməyin ən yaxşı yoludur. Xalis dəyər aktivlərin öhdəliklərinizi aşdığı, həmçinin vəziyyətinizin yaxşı olduğunu sizə bildirən məbləğdir.

-          Prioritetlərinizi təyin edin:

Ehtiyac və istəklərinizin siyahısını yaratmaq maliyyə prioritetlərini təyin etməyə kömək edə bilər. Ehtiyaclar deyəndə insanların yaşaması üçün gərəkli olan şeylər; yemək, sığınacaq, geyim, səhiyyə, nəqliyyat və s. nəzərdə tutulur.

Digər tərəfdən isə sizin istəkləriniz var. İstəkləri isə insanın yaşaması üçün mütləq vacib olanlar siyahısına aid etmək olmaz. Bu ikisi arasındakı fərqi bilmək və pul xərcləyərkən ikisi arasındakı fərqi nəzərə almaq sizin maddi durumunuzu idarə etməyinizdə kömək ola bilər.

Pulunuzu ilk hara xərcləməli olduğunuzu bilmək üçün ehtiyaclarınızı və istəklərinizi ayrı-ayrı sıralamalı olacaqsınız. Bu sadəcə cari xərcləriniz üçün deyil, həmçinin ehtiyac və istək kateqoriyasına düşə biləcək hədəflərinizə də aiddir. Məsələn, məlum məsələdir ki, tropik bir ölkədə tətil üçün pul toplamağınız və xərclərinizdə qənaət etməyiniz istək kateqoriyası, pensiya alacağınız yaşlar üçün indidən pul yığmağınız isə bir ehtiyacdır. Bildirmək istəyirik ki, aktivlərinizi və həmçinin borclarınızı qiymətləndirmək təqaüdə çıxmağa hazırlaşmaq üçün əla bir yoldur. Xərclərinizi izləmək və büdcə yaratmaq pulunuzu idarə etməyin ən yaxşı yollarından biridir.

-          Xərclərinizi hər zaman qeyd edin – Xərclərinizi sənədləşdirin:

Əksər insanlardan bir ildə nə qədər pul qazandığını soruşsaq rahatlıqla cavab verə bilər, lakin çox az insan vardır ki, bir ildə nə qədər pul xərclədiyini və bu pulu nəyə xərclədiyini iza edə bilmir. Nağd pul axınını anlamağın ən yaxşı yollarından biri sizə nə qədər pul gəldiyi və sizdən nə qədər pul çıxdığını görə biləcəyiniz büdcə planı yaratmaqdır.Yaratdığınız büdcə sizi bütün gəlir və xərclərinizi qeyd etməyə məcbur edir ki, bu da gələcək maliyyə öhdəliklərinizi yerinə yetirməyə kömək edəcək. Maraqlıdır ki, bir çox insan həddən artıq mal və xidmətlərə nə qədər pul xərclədiyini görəndə təəccüblənir. 

-          Borcunuzu ödəyin:

Hal-hazırda əksər insanların borcu var – ipoteka, kreditlər, tibbi borclar, tələbə kreditləri və s. Borc ilə yaşamağın bu qədər baha və çətin olmasına səbəb yalnız faizlər və ödənişlər deyil, həmçinin insanların maddi məqsədlərinə irəliləmələrində əngəl olmasıdır. Əslində ən yaxşı strategiya praktiki xərcləmə seçimini seçərək borc almağa başlamamaqdır. Lakin insanlar artıq sahib olduqları borcun altından çıxmağı da bilməlidir.

-          Gələcəkdəki maddi vəziyyətinizi planlaşdırın:

Ağır maddi vəziyyətə görə bir çox insan heç vaxt təqaüdə çıxmayacağını fikirləşir. Bu yanaşmanın bir neçə böyük qüsuru var. Birincisi, təqaüdə çıxdığınız zaman hər şeyi nəzarətdə saxlaya bilməzsiniz. On illər boyu davam etdiyiniz işdən çıxarıla, xəstəlik tuta və ya yaralana bilər, ailənizdən birinə daim evdə qalaraq qulluq etmək məcburiyyətində qala bilərsiniz. İkincisi, təqaüdə çıxmayacağını söyləmək çox vaxt plan hazırlamağa vaxt və enerji sərf etmək istəməyənlər üçün bir bəhanədir.

Maliyyə savadı nəticəsində gələcəyinizi düşünərək və məlumat əldə edərək hərəkət etmək gələcəkdəki maddi vəziyyətinizi planlamağın vacib hissəsidir. Hal-hazırdakı xərclərinizdə çox qənaət edə bilməsəniz də, bir plan hazırladıqdan sonra artıq ağlınızda bir hədəf olduğuna görə daha məntiqli xərcləmə seçimləri edə bilərsiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın