Pandemiyadan sonra yaranan yeni iş rejimində əvvəlki dövrlə müqayisədə fərqli liderlik keyfiyyətlərinin tələb olunacağı barədə fikirlər irəli sürülmüşdür.
Pandemiyadan sonra işçilərin işə cəlb olunmasını təmin etmək üçün sözü gedən, lakin hələ "qurulmamış" rəhbərlik xüsusiyyətlərinin ortaya çıxacağı gözlənilir. Bəs bu xüsusiyyətlər nələrdir? Gözlənilən yeni liderlik keyfiyyətlərindən bəzilərini araşdıraq.
İşçisinə güvənən lider;
İşçilərlə qarşılıqlı etimad əlaqəsi qura bilən liderlər biznesinin inkişafında nailiyyətə nail ola bilir. Bu güvən isə hər şeydən öncə işçilərin rəhbərlik tərəfindən verilən işləri ən yaxşı şəkildə icra etməsindən başlayır. Pandemiyadan sonra işçilərin müəyyən bir qisminin evlərindən işlərini davam etməsi düşünülür. Yəni əvvəllər hər şeyə qarışan və işçinin ofis masasında oturduğu dəqiqələri izləyən liderlərin dövrü başa çatır. Bu baxımdan görülən işin nəticəsində işçinin performansının dəyərləndirilməsi, işçinin iş və özəl həyatıya hörmətlə yanaşma və işçiyə bəlli bir azadlığın verilməsi yeni liderin özəllikləri arasında olacaq.
Bunun bərabərində işçilərin problemləri ifadə etmək azadlığına sahib olması önəmlidir. İşdə əldə olunan nəticələrə görə müzakirələr aparıla bilər; ancaq işçilər məsuliyyət daşıdıqları mövzularda yaranan problemləri rahat və zamanında ifadə etmirsə, bu problem günü gündən böyüyərək davam edəcəkdir. Bu nöqtədə işçi heyəti məsuliyyət daşımalı, tapşırılan işi zamanında icra etməli, öhdəsindən gəlmədikləri işi zamanında bildirməli, komandanın ya da liderin dəstəyini istəyə bilər. Əgər bir şirkətdə fikirlər azad şəkildə müzakirə olunursa işçilər üçün ən doğru yol tapılacaq, eyni zamanda şirkət nailiyyətə imza ata biləcək. Bu mədəni iş rejimini yaradacaq şəxs isə yeni dövrün lideridir.
İşçisindən tövsiyə alıb, fikir mübadiləsi aparan lider;
“Hər şeyi bilirəm” deyən liderlərin müddəti surətlə sonlanır. Məsafədən çalışan, bir biri ilə məhdud əlaqəsi olan fərqli komandaların və işçilərin hər birinin yönləndirilməsi artıq bir lider üçün imkansızdır. Bu nöqtədə işçiləri dinləyən, mütəxəssis olmalarına hörmətlə yanaşan, avtoritar yanaşmanın yerinə ortaq qərarlar alınmasını dəstəkləyən liderlər ön plana keçir. Bunları dəstəkləyən başqa bir davranış da şəffaf liderlikdir. Lider olan şəxs məlumat mübadiləsini sürətli və dürüst şəkildə apararsa, işçilər özlərini daha önəmli hiss edər və bu da uğur gətirər. Lider olan şəxs işdəki çətinliklərdən, təsisçi ilə iş münasibətlərindən komandasını məlumatlandırarsa komandası onun məqsədinə çatması üçün dəstək vermiş olar. Liderin komandasına “eyni gəmidəyik” mesajını və hissini ötürməsi ən önəmli parametrlərdən biridir. Bildiklərini özünə saxlayan və çalışanları üçün deyil çalışanlarına “qarşı” istifadə etməyə alışmış liderlərin iş keyfiyyəti heç vaxt yüksək ola bilməz.
İşçisinin uğurunu işıqlandıran lider;
Yeni lider hər fürsətdə işçisinin uğurunu işıqlandıran, bunu açıq ürəklə edən şəxsdir. Liderliyin məlum tərifində “lider yetişdirmək” önəmli bir maddədir. Yeni dövrdə işçiləri fərdi
olaraq tanıyan, onların şəxsi keyfiyyətlərini və özəlliklərini bilən, işçini necə motivasiya etmək lazım olduğunu bilən, "fərdi" liderlik davranışlarını nümayiş etdirən liderlər fərqlənəcəkdir.
Lider, kiçik zəfərlərin komandasını böyük nailiyyətlərə aparacağını bilir və komanda üzvlərinin uğurlarını yüksək səslə və bütün komandaya ilham verəcək şəkildə paylaşır. Uğurlarının fərq edildiyini görən işçilər həm işlərinə, həm də şirkətlərinə daha çox bağlı olacaqdı