Korporativ hüquq, şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının ümumi və xüsusi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir.
Korporativ hüquq xidməti üçün niyə məhz C&S Group şirkətini seçməlisiniz?
Bizim korporativ hüquq xidmətlərimiz müştərilərimizin ehtiyaclarına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müxtəlif istiqamətlidir və ən uğurlu təcrübələrə söykənir.
Xidmətlərimiz bizdən tələb olunan korporativ və şirkət hüququ məsələsinin bütün hüquqi və vergi tənzimləmələrini nəzərə alaraq, real həyat təcrübələrinə əsaslanır. Xidmətlərimiz hüquqi şəxslərin birləşdirilməsindən başlayaraq yenidən təşkili, birləşməsi və qoşulması, hüquqi şəxsin müflisləşməsi və ləğv olunmasına qədər, korporativ və hüquqi şəxslərə dair qanunvericiliyinin bütün aspektlərini əhatə edir.
Şirkətlərin qoşulması və birləşməsi, kommersiya qurumlarında səhmlərin alqı-satqısı, şirkətlərin korporativ siyasəti və qaydaları, korporativ restruktizasiya və sağlamlaşdırma, yerli tərəfdaşların cəlb olunduğu ortaq və birgə müəssisələr, qeyri-kommersiya əməliyyatlarının tənzimlənməsi, müflisləşmə və iflas, ləğv və bazardan çıxış qaydaları bizdən ən çox sorğu edilən xidmətlərdəndir. Bu və bir çox digər korporativ hüquq məsələlərinə aid hər hansı suala məmnuniyyətlə cavab verməyə hazırıq.
Korporati hüquq xidmətləri sahəsində aşağıdakıları təklif edirik:
- Azərbaycanda şirkətlərin qeydiyyatı, digər hüquqi şəxslərin yaradılması, fiziki şəxslər həmçinin hüquqi şəxslər üçün bank hesablarının açılması;
- şirkət nizamnaməsi (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması;
- nümayəndəlik və filialların yaradılması və qeydiyyatı;
- etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və yenidən işlənməsi;
- işçilər və direktorlar üçün əmək müqavilələrinin tərtibi;
- Azərbaycanda olan şirkətin vergi və hüquqi ekspertizası;
- hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr və ayrılma şəklində yenidən təşkili;
- Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi, müflisləşmə və iflas proseslərinin təhlili və bu sahədə məsləhətlər, bu proseslərdə hüquqi şəxslərin və onların payçılarının təmsil edilməsi;
- hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün iflas hallarında və ləğvetmə proseslərinə uyğun ümumi hüquqi məsləhətlərin verilməsi;
- müflisləşmə zamanı əmlakın idarə edilməsi;
- paylar üzrə əməliyyatlar, payçılar arasında olan razılaşmaları, investisiya razılaşmaları, Azərbaycanda və ya xaricdə birgə sahibkarlıq fəaliyyətinə dair razılaşmaların hazırlanması və bu hallar üzrə vergi və hüquq məsləhətləri;
- müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma;
- müflisləşmə və ləğvetmə.