Konsaltinq xidmətlərimiz

13.01.2025C&S Group 26

 

C&S Group tərəfindən bütün növ müəssisə, təşkilat və sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağıdakı qeyd olunan xidmətlər göstərilir:

Mühasibatlıq xidmətləri:

-sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab faktura və qaimə fakturaların, təhvil – təslim aktlarının hazırlanması;

-mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması;

-vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;

-bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması;

-əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi;

-yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi;

-vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması;

-möhür, ştamp və ciddi hesabat blanklarının hazırlatdırılması;

-müəssisələrin tələbinə uyğun olaraq mühasibatlıq sistemin qurulması.

 

Vergi hüquq və gömrük xidmətləri;

-Dövlət orqanlarında müştərinin maraqlarını təmsil etmək;
-Məqbul borcların silinməsi üzrə sxemlərin hazırlanmasında debitor və kreditorların qarşılıqlı əlaqəsi;
-Vergi strategiyalarının təminatı üzrə konsaltinq;
-Vergi qanunvericiliyinə əsasən konsaltinq;
-Əmək qanunvericiliyinə əsasən konsaltinq;
-Vergi qanunvericiliyində dəyişikliklər üzrə monitorinq;
-Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması;
-Vergilərin hesablanması və ödənilməsinin optimalaşdırılması;
-Sərmayə layihələrinə müvafiq rəylər;
-Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanması;
-Məlumat dəstəyi.

Şirkətimiz, xüsusi audit, daxili audit, daxili prosedurlara nəzarətin gücləndirilməsi, müstəqil auditorlar tərəfindən kompleks audit yoxlamasının həyata keçirilməsi, audit rəylərin hazırlanması üzrə xidmətləri də təklif edir.

Maliyyə üzrə təkliflərimiz:

-vergi öhdəlikləri ilə yanaşı digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;

-ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;

-bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;

-aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;

-vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;

-vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi.

 

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik. Kadr işinin təşkilinə daxildir:

Kompleks sənədləşdirmə paketi:

-kadr uçotunun aparılması  (şəxsi işlərin formalaşdırılması, AR Əmək Məcəlləsinə uyğun olaraq işçilər ilə əmək müqaviləsinin bağlanması, vəzifə təlimatı, ərizə və əmrlərin hazırlanması, əmək kitabçalarının açılması və qeydiyyatı);

-işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;

-vəzifə təlimatlarının hazırlanması;

-işəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;

-əmək müqaviləsinə xitam verilməsi və xitam verilərkən işçilərin təminatları;

-işçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);

-məzuniyyət, xəstəlik və ezamiyyə vərəqlərinin hazırlanması, eləcə də uçotunun aparılması;

-işçilərin sosial sığorta olunmasının təmini;

-əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;

-əlil şəxslərin hüquqlarının təmin edilməsi;

-işçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;

-istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin  icbari sığorta ilə təmin edilməsi;

-zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;

-bütün statistik hesabatların tərtib edilməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi.

 

Hesablama və ödəniş paketi:

-müəssisə üçün aylıq əmək haqlarının hesablanması;

-işçinin gün ərzində işlədiyi iş saatlarını əks etdirən tabelin hazırlanması;

-müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;

-işçilər üçün illik məzuniyyət haqlarının və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması;

-istirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi;

-iş saatından artıq işləyən işçilərin hüquqlarının təmin edilməsi;

-işçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərin hesablanması;

-son haqq hesabların hazırlanması;

-müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;

-işəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi;

işçilərin haqq-hesab sənədlərinin hazırlanması.

 

Məsləhət xidmətləri;

-İnsan resursları üzrə məsləhətçilik;

-maliyyə məsləhətçiliyi;

-əməliyyatlar üzrə məsləhətçilik.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın