Konsaltinq xidmətləri paketi

25.08.2025C&S Group 130

 

C&S Group – un əsas fəaliyyət sahəsi mühasibat uçotu və vergi xidmətləri,  məsləhət xidmətləri,  kadr uçotu işləridir. Eyni zamanda hüquqi xidmətlər - miqrasiya xidmətləri, dövlət orqanları ilə sənədləşmələrin aparılması, lisenziyaların alınması, gömrük rəsmiləşdirilməsi üçün sənədləşmə və müştərilərin müntəzəm sifarişi əsasında audit xidmətlərini də yerinə yetiririk.  

 

Şirkətimiz fiziki və hüquqi şəxslərə paket olaraq aşağıdakı konsaltinq xidmətlərini təklif edir:

- Müəssisələrin hüquqi strukturunun quruluşu üzrə məsləhətlər;

- Fiziki və hüquqi şəxslərin ilkin qeydiyyatı;

- Mühasibat uçotu və vergitutma məsələləri ilə bağlı məsləhətlər (birdəfəlik/davamlı);
-  Beynəlxalq vergiqoyma standartlarının tətbiqinə dair məsləhətlər;

-  İkiqat vergitutma məsələlərində vergi məsləhətləri;
- Verginin planlaşdırılması, restruktizasiyası və optimallaşdırılması üzrə hesablamaların aparılması;
- Maliyyə planlarının tərtib olunması;

- Nağdsız hesablaşmaların qurulması üzrə məsləhətlər;

- Gəlirlərin və xərclərin uçotunun qurulmasına dair məsləhətlərin verilməsi;
- Konkret təsərrüfat əməliyyatlarına vergi hüququ normalarının tətbiq olunması üzrə izahatlar və məsləhətlər;
- Mühasibat uçotu və vergitutma sahəsində yeni hüquqi aktların tətbiq olunması üzrə məsləhətlər;
- Müəssisənin maliyyə
- təsərrüfat fəaliyyətinin analizi;

- Birgə fəaliyyət, lizinq, filial və başqa struktur bölmələri kimi ayrıca uçot obyektlərinin maliyyə və vergi uçotunda əks oluması və sənədləşdirilməsi məsələləri üzrə məsləhətlər;

- Dövlət orqanları ilə problemlərin həlli üzrə məsələlər ekspert məsləhəti ,o cümlədən, vergilərlə bağlı təcili kömək;
- Verginin planlaşdırılması, o cümlədən, biznesin vergi bazasının planlaşdırılması məsələlərini nəzərə almaqla qurulması üzrə təkliflər;
- Vergi güzəştlərindən maksimum istifadə və biznesin təşkilində, vergitutmanın müxtəlif rejimlərinin tətbiq olunması variantlarının analizi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın