“C&S Group” şirkəti mühasibatlıq sahəsində fiziki və hüquqi şəxslərə tam konsaltinq müşayiəti təklif edir. Xidmətlərimiz müqavilə əsasında həyata keçirilir və müqavilədə hər iki tərəfin maraqları dəqiq təfsilatı ilə təsvir olunur:
-qarşılıqlı razılaşma əsasında müqavilənin müddəti;
-hər iki tərəfin hüquq və öhdəlikləri;
-işlərin icra xüsusiyyətləri ( hazırlanacaq sənədlər, təhvil və təslim alınacaq sənədlər, hesabat və ödəniş sənədlərinin hazırlanma müddəti və.s);
-sifarişçi tərəfindən icraçıya ödəniləcək xidmət haqqı;
-sifarişçi və icraçının məsuliyyətləri.
Həmçinin müqavilədə konsaltinq şirkətinin yerinə yetirməli olduğu xidmətlərin siyahısı razılaşma əsasında qeyd olunur. Siyahıya yeni xidmətlərin daxil edilməsi üçün müqaviləyə əlavə xidmət təsnifatı hazırlanması zəruridir.
Təklif olunan xidmətlərimizin siyahısı:
-ilkin sənədlərin işlənib hazırlanması;
-bank və kassa (kassa mədaxil və məxaric orderinin) ödəniş sənədlərinin hazırlanması;
-işçilərin əmək haqqının hesablanması;
-əmək haqqı cədvəllərinin hazırlanması;
-Vergilər Nazirliyi üçün bütün növ sənədlərin, bəyannamələrin, hesabatların hazırlanması və göndərilməsi (aylıq, rüblük, illik), (mənfəət, gəlir, sadələşdirilmiş, muzdlu, əmlak, torpaq, ƏDV, ödəmə mənbəyində vergi, əmək haqqından tutulan vergi);
-Dövlət Sosial Müdafiə Fondu üçün bəyannamələrin hazırlanması və göndərilməsi;
-xəstəlik vərəqəsinin, sosial və əmək məzuniyyətinin hesablanması;
-Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması və göndərilməsi;
-Məşğulluq mərkəzi üçün hesabatların hazırlanmasi və göndərilməsi, (aylıq, rüblük, illik);
-e - qaimərin hazırlanmasi və göndərilməsi;
-asan imzayla bağlı müvafiq işlərin icra edilməsi;
-tenderdə iştirak edən müəssisələr üçün tender sənədlərinin hazırlanması;
-müəssisənin balansının hazırlanması;
-illik bəyannamələrin hazırlanması;
-rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması;
-hesabatların tərtib olunması və dövlət orqanlarına təqdim olunması.
Xidmətlərimiz haqqında ətraflı məlumat almaq və əməkdaşlıq üçün 012 599 12 15 və ya 055 245 15 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.