Konsaltinq və autsorsinq şirkətləri

08.04.2025C&S Group 339

 

Konsaltinq, bir sıra məsləhət xidmətlərini əhatə edir və maliyyə, vergi, kadr, İT, hüquq kimi sahələrdə geniş tətbiq olunur. Məsələn, bir şirkət maliyyə və ya biznes sahəsində problemlərlə üzləşdikdə, konsaltinq şirkətinə müraciət edir. Konsaltinq şirkəti, müəssisəyə gələcək planların proqnozlaşdırılması, strategiyaların hazırlanması, problemlərin aşkar edilməsi və həll yollarının təklif edilməsi kimi məsələlərdə dəstək göstərir. 


Autsorsinq isə kənar mənbələrdən istifadə etmək mənasına gəlir. Konsaltinqdən fərqli olaraq, autsorsinqdə yalnız məsləhət verilmir, həm də işlərin icrası kənar şirkət tərəfindən həyata keçirilir. Autsorsinq tam və hissəli olmaqla iki forması mövcuddur:

Tam autsorsinq: şirkət bütün maliyyə işlərini, vergi hesabatlarını, daxili və maliyyə hesabatlarını autsorsinq şirkətinə həvalə edir.

Hissəli autsorsinq: şirkət yalnız müəyyən bir hissəni, məsələn, vergi və ya yazışmalar kimi işləri autsorsinq şirkətinə tapşırır, lakin texniki işləri (ödənişlər, qaimələr, daxili hesabatlar) öz işçiləri yerinə yetirir.

Konsaltinq və Autsorsinq arasında fərqlər nələrdir?


Konsaltinq şirkətləri peşəkar təcrübəyə sahib olmalı və sahədə ixtisaslaşmalıdır. Konsultantlar yalnız məsləhət verməklə kifayətlənməyib, həm də idarəetmə qabiliyyətinə malik olmalı, şirkətləri təhlil edib problemləri həll etməkdə səriştəli olmalıdır. Autsorsinqdə isə əsas məsələ işin icrasıdır və burada idarəetmə qabiliyyəti o qədər də önəmli deyil, sahə üzrə peşəkar mütəxəssis olmaq kifayətdir.


C&S Group olaraq həm konsaltinq, həm də autsorsinq xidmətləri göstərməkdəyik. Müəssisələr üçün hesabatlıq, vergi məsələləri və dövlət qurumları qarşısında öhdəliklərin icrasını təmin edirik.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın