Konsaltinq üzrə xidmətlər

15.11.2021C&S Group 1518

 

Konsaltinq xidmətləri adətən bir şirkətin və ya holdinqin rəhbərliyinə fəaliyyəti ilə əlaqəli geniş məsələlərdə xarici məsləhətçilərdən yardım alması kimi başa düşülür. Konsaltinq şirkətinin xidmətlərinin əsas funksiyası şirkətdəki mövcud vəziyyətin ətraflı təhlili, idarəetmə səmərəliliyinin artırılması, habelə, müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması və hər cür risklərin azaldılması üçün effektiv həllərin hazırlanmasından ibarətdir. “C&S Group”  konsaltinq şirkətinin məsləhətçiləri şirkətdəki vəziyyətə kənardan baxmaq imkanına malikdirlər ki, bu da təşkilatın mövcud fəaliyyətini ən obyektiv və balanslı qiymətləndirməyə imkan verir. Kənar məsləhətçilərin cəlb edilməsi təhlil nəticələrinin müstəqilliyini təmin edir.

Konsaltinq, biznes sahiblərinin şirkətlərin rəhbərləri üçün işin sistemləşdirilməsi ilə əlaqəli geniş bir sıra məsələləri əhatə edən və ticarətin əsas aspektlərini əhatə edən peşəkar bir məsləhətdir. Şirkətimizin konsaltinq xidmətləri şirkətin fəaliyyətinin optimallaşdırılmasına, əsas göstəricilərinin artırılmasına və mövcud problemlərə həll yolunun tapılmasına kömək edir. Beləliklə, bir şirkət üçüncü bir məsləhətçinin iştirakı olmadan, ştat işçiləri tərəfindən həll edilə bilməyən bir problemlə qarşılaşırsa, rəhbərlik bir konsaltinq şirkəti ilə əlaqə yaradır və konsaltinq şirkəti də növbəsində problemi həll etmək üçün uyğun həll yolu təklif edir.

“C&S Group” konsaltinq şirkəti , 2012-ci ildən konsultasiya xidmətlərini də fiziki və hüquqi şəxslərə təklif edir. Biznes sahiblərini bizneslərinin idarə olunmasında müşayiət edərək, eyni zamanda, maliyyə, kadr, investisiya, hüquqi, mühasibat, idarəetmə üzrə konsultasiya xidmətləti fəaliyyətimizin geniş spektrı əhatə etdiyini göstərir. Bütün xidmətlərimiz rəsmi müqavilə əsasında göstərilir. Bizdən konsaltinq xidmətləri sifariş edərək, maksimum mənfəət artımı və xərc azalmasına nail olacaqyeni inkişaf səviyyəsinə çatacaqsınız.

Şirkətimizin konsaltinq xidmətlərinin təsnifatı:

-audit və mühasibat konsaltinq xidmətləri;

-maliyyə konsaltinq xidmətləri;

-idarəetmə sahəsində konsaltinq xidmətləri;

-vergi konsaltinqi;

-hüquqi konsaltinq xidmətləri;

-hr üzrə xidmətlər.

Təcrübə, yüksək ixtisaslı mütəxəssislər və hər bir müştəriyə fərdi yanaşma şirkətimizə maliyyə və mühasibatlıq, strateji və idarəetmə konsaltinqi sahəsində problemli məsələləri həll etməyə imkan verir.

Konsaltinq xidmətlərinin qiyməti necə tənzimlənir ?

Şirkətimizdə xidmətlərin dəyəri işin həcmi və tələb olunan əməliyyatları qiymətləndirmək üçün verilən məlumatlar əsasında formalaşır. Alınan məlumatlara əsasən bir kommersiya təklifi hazırlayırıq və təqribən əmək xərclərini qiymətləndiririk. Tapşırığın miqyasından və mürəkkəbliyindən asılı olmayaraq, konsaltinq xidmətlərinin xərclərinə aşağıdakılar daxildir: məlumatların ilkin toplanması, idarəetmə uçotunun auditi, iş proseslərinin auditi, mühasibat uçotunun sürətli auditi. Azərbaycanda konsaltinq xidmətləri üçün qiymətlər, müəyyən bazar seqmentinizin ehtiyaclarından fərqlənə bilər və birbaşa şirkətin fəaliyyət növündən və təşkilatın xüsusiyyətlərindən asılı ola bilər

Bizdən konsaltinq xidmətləri necə sifariş etmək olar ?

Əgər suallarınız qalıbsa və ya bizim xidmətlərimizdən yararlanmaq istəyirsinizsə, o zaman elektron ünvanımıza (office@csgroup.az) yaza və ya 055 245 15 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın