Konsaltinq ,biznesini inkişaf etdirmək istəyən insanlara və ya firmalara göstərilən ödənişli xidmət növüdür. Konsaltinqin fəaliyyət sahəsi çox genişdir: əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər, marketinq və s. bura aiddir.
Konsaltinq şirkəti ixtisaslaşdığı sahədə bildiklərini müştərisi ilə paylaşmalı, lakin bu zaman həmin şirkətin kofidensiallığın da qorumalı və ona qarşı dürüst olmalıdır.
Azərbaycanda konsaltinq şirkətlərinə artıq xərc kimi baxılır, lakin konsaltinq xidmətlərindən istifadə müəssisənizin inkişaf etdirilməsi yolunda ən yaxşı üsullardan biridir. Konsaltinq şirkətlərinin hər biri öz xidmətlərini peşəkarcasına yerinə yetirsə və öz fəaliyyət sahələrində mükəmməl olduğu halda Azərbaycanda konsaltinqə baxış açısını dəyişmək mümkün olar.
Avropa və Amerikada konsaltinq xidmətləri çox inkişaf etmişdir. Xüsusilə, Amerika şirkətləri diqqətlərini əsas fəaliyyət sahəsinə - bizneslərinin inkişafına verib, qalan işlərini autsorsinq şirkətlərə etibar edirlər. Əlbəttə ki, onların ixtisaslaşdığı sahədə inkişaf etmə səbəblərindən biri də budur.
Bəs düzgün konsaltinq şirkətini necə seçə bilmək olar?
Bu sualın əsasını konsultant firmanın özünü çox yaxşı ifadə edə bilməsi və müştərinin də doğru konsultasiya ilə problemi düzgün yolla həll edə bilməsi təşkil edir.
Konsaltinq şirkəti sizi xəyallara deyil, gerçək hədəflərinizə doğru yönəltməlidir.
Azərbaycanda inkişaf edən konsaltinq müəssisələrindən, bu sahədə 2012-ci ildən təcrübəsi olan şirkətimiz - “C&S Group” konsaltinq şirkətindən gözləntilərinizi təmin edən, həmçinin biznesinizdə məxfiliyi qoruyan etibarlı şirkətlərdən biridir. Şirkətimiz və işçi heyətimiz daima yeniliklərə açıq olan şirkətlərdəndir. Hər müəsisənin doğruları və gözləntiləri fərqlidir, buna görə də ona uyğun strategiya hazırlayıb tətbiq edər, biznesinizə yeni baxış gətirib hədəfinizə tez bir zamanda çatmağınızı təmin etməkdə sizə hər zaman kömək ola bilərik.