Konsaltinq şirkəti

16.02.2021C&S Group 1685

 

 

“İnsanlar varlanan kimi məsləhətə ehtiyac duyurlar və bu məsləhətin qarşılığında pul ödəməyə hazırdırlar” – Nassim Taleb.

Konsaltinq (consulting) – biznesin istənilən sahəsinin konsultasiya edilməsidir. Konsaltinqin əsas məqsədi biznesə qarşıda qoyduğu məqsədlərə çatmaq üçün kömək əlini uzatmaqdır. Bazarda nəhəng konsaltinq şirkətləri ilə yanaşı, fərdi biznes-konsultantlara da rast gələ bilərsiniz. Onların əsas vəzifəsi – təhlil etmək, problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməkdir.

Hər hansı bir şirkət problem ilə üzləşdikdə ilk olaraq onun həllini əməkdaşlarının səlahiyyətinə verir. Bu, nəticə vermədikdə tək çarə işə bu problemlərlə bağlı təcrübəsi olan kənar ekspertlərin, konsultantların cəlb edilməsidir. Kənardan cəlb edilmiş ekspertlər hər bir şirkət üçün problemə uyğun olaraq individual həll yolu və innovasiya tapşırığı yaradır, həmçinin, şirkət əməkdaşlarına lazımı məlumatları ötürürlər. Bundan əlavə  lazımı təcrübə və biliyə sahib olan konsultantlar şirkət əməkdaşları ilə müqayisədə daha tez bir zamanda həll yolu tapmaq imkanına malikdirlər. Cari personalın məlumatlandırılması minimal zaman tələb edir və əməkdaşların öz öhdəliklərini daha səmərəli şəkildə yerinə yetirmələrinə kömək edir.

Ekspertlərin, fikrincə, hazırda konsaltinq xidmətlərinin əsas növləri aşağıdakılarır:

mumi idarəetmə və administrasiya;

-maliyyə konsaltinqi;

-hüquqi konsaltinq;

-vergi konsaltinqi;

-marketinq konsaltinqi;

-IT- konsaltinq;

-kadrların idarə edilməsi üzrə konsaltinq;

-istehsalat konsaltinqi;

-qiymətləndirmə fəaliyyəti üzrə konsaltinq.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın