Konsaltinq (consulting) – biznesin istənilən sahəsinin konsultasiya edilməsidir. Konsaltinqin əsas məqsədi biznesə qarşıda qoyduğu məqsədlərə çatmaq üçün kömək əlini uzatmaqdır. Bazarda nəhəng konsaltinq şirkətləri ilə yanaşı, fərdi biznes-konsultantlara da rast gələ bilərsiniz. Onların əsas vəzifəsi – təhlil etmək, problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməkdir. Bununla belə, konsaltinq – pul qarşılığında problemin həll edilməsidir.
Hər hansı bir şirkət problem ilə üzləşdikdə ilk olaraq onun həllini əməkdaşlarının səlahiyyətinə verir. Bu isə bir nəticə vermədikdə tək çarə işə artıq bu problemlərlə bağlı təcrübəsi olan kənar ekspertlərin, konsultantların cəlb edilməsidir.
Kənardan cəlb edilmiş ekspertlər hər bir şirkət üçün problemə uyğun olaraq individual həll yolu və innovasiya tapşırığı yaradır, həmçinin şirkət əməkdaşlarına lazımi məlumatları ötürürlər. Bundan əlavə, lazımi təcrübə və biliyə sahib olan konsultantlar şirkət əməkdaşları ilə müqayisədə daha tez bir zamanda həll yolu tapmaq imkanına malikdirlər. Bundan əlavə, cari personalın məlumatlandırılması (ehtiyac olduğu halda) minimal zaman tələb edir və əməkdaşların öz öhdəliklərini daha səmərəli şəkildə yerinə yetirmələrinə kömək edir.
Ekspertlərin fikrincə, hazırda konsaltinq xidmətlərinin əsas növləri aşağıdakılarır: