Konsaltinq - mühasibatlıq xidmətləri

17.12.2025C&S Group 21

 

C&S Group Azərbaycanda fəaliyyət göstərən fiziki şəxslər və şirkətlər üçün autsorsinq mühasibat xidmətlərini təqdim edir.

Mühasibatlıq üzrə problemlər həm böyük, həm də kiçik yerli və xarici müəssisələr üçün aktualdır. Kiçik və orta bizneslər tez-tez işçi heyətində təcrübəli mühasibin saxlanmasının baha başa gəlməsi ilə üzləşir. Eyni zamanda, təcrübəsiz mütəxəssislərdən istifadə əhəmiyyətli maliyyə itkisinə və hüquqi problemlərə səbəb ola bilər ki, bu da şirkətin inkişafının ilkin mərhələsində xüsusilə təhlükəlidir. Bu riskləri minimuma endirmək üçün həm nəzəri bilik səviyyəsi, həm də təcrübəsi yüksək olan kənar məsləhətçilərin cəlb edilməsi imkanlarını nəzərə almaq vacibdir.

Şirkətimiz mühasibat uçotu, vergi məsələləri və audit ilə bağlı bütün vəzifələri öz üzərinə götürür. Şirkətimiz həm yeni başlayan bizneslərə, həm də uzun illərdir ölkədə uğurla fəaliyyət göstərən təşkilatlara xidmət göstərir.

Mühasiblıq üzrə xidmətlərimiz əhatə edir:

-Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mühasibat və vergi uçotunun tam aparılması;

-Mühasibat, vergi və statistik hesabatların hazırlanması və vaxtında çatdırılması;

-Vergi, maliyyə hesabatı və xərclərin optimallaşdırılması üzrə mühasibat məsləhətləri.

C&S Group ilə autsorsinqin üstünlükləri:

-Qanunvericiliyə uyğunluq – cərimə və sanksiya risklərini aradan qaldırırıq;

-Xərclərin azaldılması – ştatda mühasib saxlamağa ehtiyac qalmır;

-Vaxtında icra – hesabatlar hər zaman müddətində təqdim olunur;

-Peşəkarlıq – yerli və beynəlxalq standartları dərindən bilən təcrübəli mütəxəssislər.

Biz maliyyə əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və etibarlılığını təmin edirik ki, siz öz biznesinizi inkişaf etdirə biləsiniz. Mühasibatlıq üzrə peşəkarlar tərəfindən məsləhətlər və işiniz üçün ən yaxşı həll yolları üçün bizə müraciət edə bilərsiniz.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın