Kadrlar uçotu üzrə xidmətlər

26.01.2021C&S Group 1922

 

Kadrların uçotu istənilən istehsalatda mühasibat uçotunun ən problemli tərəflərindən biridir. Əsas problem isə rəhbərlərin böyük hissəsinin bu prosedura lazımı diqqət yetirməməsi, nəticədə isə acınacaqlı nəticələrlə qarşılaşmasıdır. Kadrlar uçotunun düzgün şəkildə aparılmaması, məbləği ilbəil yüksələn cərimələrin təyin edilməsinə gətirib çıxarır. Xüsusilə, bu nüans ştatında əcnəbi vətəndaşlar olan müəssisələrə aiddir.

Şirkətimiz, kadr uçotunun tam şəkildə aparılmasını müştərilərinə təklif edir. Hüquqi və fiziki şəxslərlə əməkdaşlığımız razılaşma əsasında həyata keçirilir, bu da, mümkün bürokratik süründürməçiliklərdən azad olmağa imkan yaradır.

Şirkətinizdə tənzimlənəcək kadr işləri aşağıdakı əməliyyatları ehtiva etməlidir:

·         kadr uçotunun AR Qanunvericiliyə uyğun təşkili;

·         işçilərin şəxsi işlərinin yaradılması;

·         əmək müqavilələri və ona əlavələrin tərtib olunması, onlayn qeyd və təkrar qeydiyyat;

·         AR Əmək Məcəlləsinə uyğun olaraq işçilərlə əmək müqavilələrinin bağlanması və xitam verilməsi;

·         xəstəlik vərəqəsinin, sosial və əmək məzuniyyətinin rəsmiləşdirilməsi ( əmr və digər sənədlərin yazılması);

·         icbarı Sığortanın təşkili edilməsi;

·         əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması;

·         kargüzarlıq sənədlərinin tərtib olunması;

·         işçilərin işə qəbul olunması və işdən azad edilməsi, məzuniyyət, səyahət və s. ilə bağlı istirahət, qeyri-iş günlərində görülmüş işlərlə bağlı vəzifə dəyişdirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması və əmrlərin rəsmiləşdirilməsi;

·         işçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;

·         işçilərin əmək kitabçalarının yazılması;

·         işçinin ay ərzində iş saatlarını əks etdirən cədvəlin hazırlanması;

·         müfəttiş yoxlaması mövzusunda kadr qeydlərinin yoxlanılması;

·         tələb olunan kadr prosesləri üzrə proseduraların yazılması.

Kadrların uçotu üzrə qeyd olunan, eyni zamanda kargüzarlıq və kadr uçotuna daxil olan digər xidmətlər bizim aparıcı mütəxəssislərimiz tərəfindən təqdim olunur. Əməkdaşlıq üçün saytımızda qeyd olunan nömrələrlə əlaqə saxlaya və ya elektron ünvanımıza yaza bilərsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın