C&S Group kadr uçotunun qurulmasına dair Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə peşəkar səviyyədə riayət etməklə fiziki və hüquqi şəxslərə bu sahədə xidmətlərini təklif edir:
-əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;
-əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi;
-əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
-əmrlərin hazırlanması və qeydiyyatının aparılması;
-məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi;
-iş vaxtı rejimi qaydalarının hazırlanması;
-iş vaxtının uçotunun qeydiyyatının aparılmasının təşkil edilməsi;
-müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
-əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;
-maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;
-növbəli iş rejiminə (vaxta metodu) dair qrafiklərin tərtib edilməsi;
-xidməti müqavilələrin hazırlanması.