Kadr uçotu

21.12.2023C&S Group 535

 

Kadr uçotu xidmətləri, bir müəssisənin hesabatlarının tərtib edilməsi, maaşlarının hesablanması, təqdim edilməsi, şəxsi məlumatlarının qeydiyyat altında saxlanılması, işləyənlərin və işçilərin əmək haqlarının ödənilməsi və əlavə olaraq, vergi və digər məcəllə tələblərinə əsasən idarə edilməsini təmin edən xidmətlərdir.

Bir çox şirkətlərdə, özəlliklə, xarici vətəndaşlarının işlədiyi şirkətlərdə cərimə halları meydana gəlir ki, bu da şirkət rəhbərlərinin kadr uçotunun qurulması və aparılmasının zəruriliyini gərəyincə qiymətləndirilməməsinin nəticəsidir. Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir qurumun ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. 

“C&S Group” Sizə aşağıdakı kadr uçotu xidmətləri təklif edir:

-kadr uçotunun Azərbaycan Respublikası qanunvericiliyə uyğun təşkili;

mək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;

-əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi;

-əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;

-əmrlərin hazırlanması və qeydiyyatının aparılması;

-məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi;

-müəssisəyə uyğun ştat cədvəlinin hazırlanması;

-əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;

-maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;

-növbəli iş rejiminə dair qrafiklərin tərtib edilməsi;

-xidməti müqavilələrin hazırlanması və başqa.

İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Bu sənədlər yalnız kadrlar şöbəsinin işində deyil, eyni zamanda əmək haqqının, məzuniyyət haqlarının hesablanması üçün mühasibatlıq söbəsində də tələb olunur.

Kadr uçotunun auditi şirkətdə əmək inzibatçılığı fəaliyyətlərinin optimallaşdırılması, həmçinin həmin fəaliyyətlərin Əmək Məcəlləsi və Əmək Qanunvericiliyi ilə bağlı digər hüquqi-normativ aktlara, müəssisədaxili qayda və tənzimləmələrə uyğunluğunun yoxlanılması məqsədi ilə cari sənədlər və kadr uçotu sistemlərinin hərtərəfli nəzərdən keçirilməsi prosesini əhatə edir.

Audit nəticəsində kadr kargüzarlığının güclü tərəfləri və mövcud çatışmazlıqları aşkar olunur. Bununla şirkət rəhbərliyi işdən azad olmuş və ya işləyən əməkdaşlarla əmək mübahisələrinin və iddiaların yaranmasından öncədən xəbərdar olur. Çatışmazlıqlar aşkar olunan sahələrdə problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr paketi hazırlanaraq təqdim edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın