İşgüzar geyim kodeksi

16.03.2021C&S Group 2634

 

 

Geyim tərzi, insanın cəmiyyətin hansı təbəqəsinə məxsus olduğunu sərgiləyən ifadə vasitəsidir.

Etika məfhumu yarananda onun ayrılmaz hissəsi olan dress-kod, tədbirin mahiyyətinə görə geyinmə incəsənəti və insanlarda lazımi təəssürat yaratmaq məharəti olub. Ofisdə işgüzar dress-koda riayət edilməsi işçilərə mənəvi və korporativ dəyərlərin aşılanmasının ən düzgün yoludur. İşəgötürənlərin azad tərzə qarşı çox keçərli bir arqumentləri də var. Müştərilərlə birbaşa çalışan işçi peşəkar görünməlidir. Belə ki, işdə işçinin özünü necə aparması onun fərdi xüsusiyyətlərindən və vərdişlərindən daha əhəmiyyətlidir.

Ümumi qəbul edilmiş qaydalara əsasən üç əsas faktora siluet, geyimin rəngi və keyfiyyətinə görə insanın statusu qiymətləndirilir.

Nüfuzlu siluetin işgüzar geyim konturları dəqiq təsvir edilir. Bəlli olduğu kimi kişilər üçün bu düz şalvar, qadınlar üçün isə uzunluğu dizə çatan düz ətəkdir .

 

Dəbdən və mövsümdən asılı olmayaraq neytral rəng ahəngi ağ, boz və qara rənglər hesab edilir, lakin əksəriyyət əsassız olmayaraq təbii rənglər ahənginə açıq və bej rəngli çalarlara, torpaq və ağac qabığı, taxıl rənglərinə üstünlük verirlər. Tünd göy rəngi xüsusi vurğulamaq lazımdır. Bu işgüzar kostyum üçün klassik rəngdir. Hətta ən boz çalar kostyuma tünd göy rəng kimi rəsmi və ciddi görünüş vermir. Ona görə də bu rəng işgüzar kostyumlar üçün ən məsləhətlisi hesab edilir.

Bir-birinə ziddiyyət təşkil edən rənglərdən məsələn, qara ətək ilə ağ köynək geyinməkdən uzaq dayanın. Xanımlar tünd və ya açıq boz ətək, kişilər isə sadalanan rəngli şalvarla qaymaq, soyuq gümüşü və tam ağ olmayan köynəklər geyinməklə ziddiyyət yaradırlar.

Parça nə qədər mürəkkəb rəngə malikdirsə, o qədər bahalı görünür. İşgüzar kostyum alarkən onda ziddiyyətli haşiyə və naxışların olmadığına diqqət yetirin. Pencəyin yaxalığı, cibin qapağı başqa rəngli parçadan tikildikdə ümumi görünüş pozulur və kostyum sanki ucuzlaşır. Mümkün olduğu qədər təbii görünmək sizin deviziniz olmalıdır!

 

İşgüzar kostyumun keyfiyyəti parçadan və onun tikilişindən bəlli olur. Optimal variant parçanın təbii liflərdən hazırlanmasıdır. Belə parçanın tərkibində kiçik faizlə yun parça, zərif qırış-qırış parça, sarımtıl rəngli sıx ipək parça, yarı yun və ya pambıq parça olması yol veriləndir.

Müasir qadın kostyumlarına kişilərdəki kimi ciddilik tələb olunmur. Jaketin uzunluğu beldən 5 sm aşağıdan dizdən 5 sm yuxarıya qədər ola bilər. Əsas odur ki, bədən quruluşunuzun xüsusiyyətlərinin nəzərə alınsın. Nisbət, tənasüblük və uyğunluq pozulmasın. Kişilər isə düz şalvarlar və ciddi pencəklə işgüzar kostyumlarda da ciddiliyini qoruyurlar. Pencəkdə düymələrin sayı, yaxalığın forması və ya onun bədənə kip yapışıb-yapışmaması mövsümün xüsusiyyətlərindən asılıdır. Əsas məqamlardan biri də odur ki, ayaqqabı və kəməriniz kostyumla uyğun olsun.

Sonda onu da qeyd etmək yerinə düşər ki, bəzi şirkətlərdə dress-koda riayət qayda kimi qəbul edilməsə də, işçilərin işə şəffaf paltarda və ya idman üslubunda gəlməsi dəstəklənmir. Ümumilikdə ofis dress-kodunu belə yekunlaşdırmaq olar: sizin geyiminiz şirkət müştərilərində xoş təəssürat yaratmalı və vacib məqamlardan biri də odur ki, həmkarlarınızın diqqətini yayındırmamalıdır.

Bəzi kampaniyalarda «azad cümə» deyilən anlayış mövcuddur ki, həmin gün işə cinslə, neon rənglərdə geyimlərdə gəlmək olur. Sözsüz ki, cinsin dizləri cırılmış və ya ağardılmış olmamalıdır. Əgər hər gün müştəri ilə görüşmürsünüzsə, işgüzar kostyumunuzu işdə saxlayın ki, lazım olanda tez işgüzar görünüş alasınız. Qeyri-ciddi dress-kodda fərdiliyi kiçik detallarla məsələn, parlaq rəngli dəsmalın, bəzəkli sancağın, qalstukun , xanımlarda isə aksesuarlardan istifadənin köməyi ilə qabartmaq olar.

Əgər çalışdığınız ofisdə dress-kod qaydaları qəbul edilməyibsə, özünüzü istədiyiniz formada ifadə edə bilərsiniz.Lakin unutmayın ki, siz evdə istirahət etmirsiniz və təkcə özünüzü deyil, çalışdığınız şirkəti də təmsil edirsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın