Araşdırmalar işçilərin iş seçimində bir sıra xüsusiyyətlərə üstünlük verdiyini göstərir. Bu göstəricilər içində iş saatları, iş yerinin yerləşdiyi ərazi və məzuniyyətlər xüsusi yer tutur. Bundan əlavə işçi iş yerindən razı olduqda onun produktivliyi də bir o qədər artır. Bunu nəzərə alan bir çox dünya səviyyəli şirkətlər öz işçilərinə müxtəlif növ məzuniyyətlər təklif edir.
Qeyri-rəsmi bayramlar:
“Hanapin Marketing” hər yarım rübün ikinci ayının ikinci həftəsinin cümə günü öz işçilərinə istirahət günü təşkil edir.
“Bloomington” şirkəti də öz növbəsində “İkinciİkinci” adlı qeyri-rəsmi bayramlar təşkil edir.Bundan əlavə hər bir işçi il ərzində 4 gün istirahət günü götürə bilər. Həmçinin işçi heyəti milli bayramlarda və ad günlərində əlavə ödənişlə mükafatlandırılır.
Könüllülər günü:
Seatle-a məxsus “Outreach” adlı şirkət hər il 2 günlük ödənişli könüllü günü təşkil edib. Bundan əlavə şirkət öz işçilərinə limitsiz ödənişli məzuniyyət təklif edir.
Ödənişli məzuniyyət:
Atlantaya məxsus “Kabbage” adlı şirkət 5 il əməkdaşlıq edən işçisinə 6 həftəlik məzuniyyət və 6000 dollar həcmində mükafat verir.
Bayram təqaüdü:
Santa Monika və Kaliforniyada yerləşən “VideoAmp” adlı şirkət 5 il çalışan işçisinə bütün ailə üzvləri də daxil olmaqla 2000 dollar həcmində mükafat verir.
Bal ayı mükafatı:
Əgər 2 il müddətinə Virçiniya ştatındakı “Glassman Wealth Services” şirkətində çalışmısınızsa və evlənmək haqda düşünürsünüzsə, onda şirkət bütün bal ayı xərclərinizi qarşılamaq haqda öhdəliyi öz üzərinə götürə bilər.
Pulsuz yaşayış yeri təminatı:
Proqramlaşdırma sahəsində fəaliyyət göstərən “Cloudbeds” adlı şirkətin San Dieqo və San Pauloda mənzilləri var. İşçilər bu şəhərlərə səfər zamanı bu məkanlardan pulsuz istifadə hüququna malikdirlər.
İllik səfərlər:
“SC&H Group” şirkətinə məxsus “Sparks Glencoe” öz işçilərini Karibdə yerləşən mühasibat şirkətinə illik səfərlərə göndərir.