İR xidmətləri

27.06.2024C&S Group 281

 

İşçi heyətinin düzgün idarə edilməsi, işçi heyəti, şirkət və müvafiq dövlət qurumları arasında əlaqələrin düzgün tənzimlənməsi, insan resursları sisteminin inkişafının izlənilməsi, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması hər bir şirkət üçün əsas məsələdir. Bu nöqteyi-nəzərdən xidmətlərimiz sizə insan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı problemləri səmərəli qaydada həll etməyə, işçi axınının qarşısının alınmasına kömək edəcək. İnsan resursları xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:

-İnsan resurslarının inkişafı prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;

-İşə qəbul, vəzifə dəyişikliyi, işdən çıxarılma, əməyin ödənişi, intizam tənbehləri, işçilərin autsorsinqi, xarici işçi qüvvəsinin cəlb edilməsi və s. daxil olmaqla, əmək qanunvericiliyi ilə bağlı istənilən məsələ üzrə məsləhət verilməsi;

-İşçilərin şəxsi işlərinin, iş vaxtının uçotuna nəzarət mexanizminin, işçilərin qəbulu və işdən çıxarılması ilə bağlı sənədlərin yaradılması və idarə edilməsi, imzalanmış kadr sənədlərinin arxivdə saxlanılmasının təşkil edilməsi ;

-Maddi - məsuliyyət müqavilələrinin hazırlanması;

-Məxfi məlumatların açıqlanmamasına dair sazişlərin hazırlanması;

-Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması;

-Əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi üçün hüquqi dəstək (vəzifə dəyişikliyi, iş rejiminin dəyişdirilməsi, əmək haqqı məbləğinin dəyişdirilməsi və digər prosedurlar üçün bütün lazımi sənədlərin hazırlanması);

-Tələb olunan əməliyyatların e-hökumət (E-GOV) portalında işlənilməsi (e-sistemdə işəgötürənin qeydiyyatı, işçilərin ştat cədvəlinin qeydiyyatı, işə qəbul və işdən çıxarma prosedurlarının icra edilməsi);

-Kadrlarla bağlı əmrlərin qeydiyyatı (mükafatların, digər ödənişlərin, əmək haqqına əlavə və mükafat ödənişlərinin verilməsi üzrə əmrlər və s.);

-İşçilərin sosial və icbari sığortası;

-Əcnəbilərin işə cəlb edilməsi proseslərinin təşkil edilməsi, əcnəbilər üçün müvəqqəti və daimi yaşama icazələrinin alınması, iş icazələrinin alınması;

-Məzuniyyət cədvəllərinin qeydiyyatı və idarə edilməsi;

-Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması və tələb olunan əməliyyatların e-hökumət (E-GOV) portalına daxil edilməsi;

-Əmək haqqı uçotunun aparılmasında iştirak, əmək haqqı hesablamasının və əmək haqqı ödənişi ilə bağlı sənədlərin hazırlanması;

-Zəruri hesabatların hazırlanması və dövlət qurumlarına təqdim edilməsi;

-Əmək münasibətləri sahəsində dövlət qurumları ilə qarşılıqlı əlaqə;

-Əvvəlki dövrlər üzrə insan resursları ilə bağlı sənədlərin bərpası;

-İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında işəgötürənin təmsil edilməsi;

-Dövlət orqanları tərəfindən təşkil olunan yoxlamalar zamanı işəgötürənin maraqlarının təmsil olunması;

-Aşkar edilmiş pozuntular, potensial risklər, pozuntuların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və İR sənədlərinin auditi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın