İnsan resurslarının idarəsi və kadr uçotu xidmətləri

22.01.2024C&S Group 477

 

İnsan resurslarının idarə edilməsi öz aktuallığını hər zaman qorumaqdadır. Belə ki, istər cari, istərsə də strateji planların həyata keçirilməsində bu növ resursların düzgün idarə edilməsi çox vacibdir.

C&S Group şirkəti insan resursları departamenti olmayan və ya sistemin mövcud qanunvericilik tələbi ilə iş prosesini yoxlamaq istəyən sahibkarlar üçün aşağıdakı HR xidmətlərini uyğun şərtlərlə təklif edir:

1.Kadr uçotunun qurulması və aparılması:

-əmək müqavilələrinin bağlanması və elektron informasiya sisteminə daxil edilməsi;

-vəzifə təlimatlarının hazırlanması və vacib daxili qaydaların yazılması;

-işə qəbul, dəyişiklik və xitam əmrlərinin qanunvericiliyin tələblərinə uyğun formada hazırlanması;

-əmək kitabçalarında müvafiq qeydlərin aparılması;

-məzuniyyət qrafikinin tərtibi və məzuniyyətlərin uçotu;

-əmək haqqı kartlarının sifarişi və nağdsız ödənişlərin təşkili;

-aylıq iş vaxtının uçotunun aparılması;

-işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi halından icbari sığorta olunması.

2.Kadr sənədlərinin təhlili:

-müəssisənin fiziki sənədlərinin və elektron məlumatlarının qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi;

-aşkar edilmiş uyğunsuzluqların qanun tələblərinə uyğunlaşdırılması istiqamətində hesabatın hazırlanması;

-uyğunsuzluqların aradan qaldırılması və mövcud risklər barəsində hesabatın təqdim edilməsi.

3.Qeydiyyat və Ləğvetmə:

-hüquqi və fiziki şəxlərin qeydiyyata alınması üçün sənədləşmə işlərinin aparılması, bank hesablarının açılması, qanuni təmsilçi ilə əmək müqaviləsinin bağlanması;

-fəaliyyətin dayandırılması: hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması məqsədi ilə təhlil aparılması, ərizənin və müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;

-uçotun analiz olunması, çatışmazlıqların aradan qaldırılması, yaranacaq vergi öhdəliyinin hesablanması, ləğv barədə ərizənin verilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın