İnsan Resurslarının idarə edilməsinə dair xidmətlər

04.04.2025C&S Group 588

 

Biz, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik. Xidmətlərimizdən yararlanmaqla, biznes fəaliyyətinizə daha çox vaxt ayıra biləcəksiniz.

 

Sənədləşdirmə paketi:

-AR Əmək Məcəlləsinə uyğun olaraq işçilər ilə əmək müqaviləsinin bağlanması;

-İşçilərin işə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyə və digər əmrlərinin müəssisə tərəfindən sənədləşdirilməsi;

-İşəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;

-Əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;

-İşçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);

-İşçilərin sosial sığorta olunmasını təmin etmək;

-İşçilərin əmək kitabçaları ilə təmin edilməsi;

-Əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;

-Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;

-Qadınların, yaşı 18-dən az olan  işçilərin hüquqlarının təmin edilməsi;

-Əlil şəxslərin hüquqlarının təmin edilməsi;

-İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;

-İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin  icbari sığorta ilə təmin edilməsi;

-Bütün statistik hesabatların tərtib eidlməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi.

 

Hesablama və ödəniş paketi:

-Müəssisə üçün aylıq əmək haqqlarının hesablanması;

-İşçinin gün ərzində işlədiyi iş saatlarını əks etdirən tabelin hazırlanması;

-Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;

-İşçilər üçün illik məzuniyyət haqlarının və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması;

-İstirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi;

-İş saatından artıq işləyən işçilərin hüquqlarının təmin edilməsi;

-İşçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərın hesablanması;

-Son haqq hesabların hazırlanması;

-Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;

-İşəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi;

-İşçilərin haqq-hesab sənədlərinin hazırlanması.

 

Nəzarət paketi:

-Dövlət Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan səyyar yoxlamaların müşahidə edilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın