İşçi heyətinin düzgün idarə edilməsi, şirkət və müvafiq dövlət qurumları arasında əlaqələrin düzgün tənzimlənməsi, insan resursları sisteminin inkişafının izlənilməsi, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması hər bir şirkət üçün əsas məsələlərdir. Bu nöqteyi-nəzərdən, bizim insan resursları xidmətlərimiz sizə insan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı problemlərinizi səmərəli qaydada həll etməyə, şirkətin işçi ehtiyaclarının vaxtında və effektiv qaydada təmin edilməsinə və işçi axınının qarşısının alınmasına kömək edəcək.
Xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:
-insan resurslarının inkişafı prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
-işəqəbul, vəzifə dəyişikliyi, işdən çıxarılma, əməyin ödənişi, intizam tənbehləri, işçilərin autsorsinqi, xarici işçi qüvvəsinin cəlb edilməsi və s. daxil olmaqla əmək qanunvericiliyi ilə bağlı istənilən məsələ üzrə məsləhətlərin verilməsi;
-işçilərin şəxsi işlərinin, iş vaxtının uçotuna nəzarət mexanizminin, işçilərin qəbulu və işdən çıxarılması ilə bağlı sənədlərin yaradılması və idarə edilməsi, imzalanmış kadr sənədlərinin arxivdə saxlanılmasının təşkil edilməsi;
-maddi məsuliyyət müqavilələrinin hazırlanması;
-məlumatların məxfi saxlanılmasına dair sazişlərin hazırlanması;
-bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması;
-əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi üçün hüquqi dəstək (vəzifə dəyişikliyi, iş rejiminin dəyişdirilməsi, əmək haqqı məbləğinin dəyişdirilməsi və digər prosedurlar üçün bütün lazımı sənədlərin hazırlanması);
-tələb olunan əməliyyatların e-hökumət portalında işlənilməsi (e-sistemdə işəgötürənin qeydiyyatı, işçilərin ştat cədvəlinin qeydiyyatı, işə qəbul və işdən çıxarma prosedurlarının icra edilməsi);
-kadrlarla bağlı əmrlərin qeydiyyatı (mükafatların, digər ödənişlərin, əmək haqqına əlavə və mükafat ödənişlərinin verilməsi üzrə əmrlər, iş vaxtından artıq işləmək, həftəsonları işləmək ilə bağlı əmrlərin verilməsi də daxil olmaqla);
-işçilərin sosial və icbari sığortası;
-əcnəbilərin işə cəlb edilməsi proseslərinin təşkili, əcnəbilər üçün müvəqqəti və daimi yaşama icazələrinin alınması;
-məzuniyyət cədvəllərinin qeydiyyatı və idarəsi;
-əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması və tələb olunan əməliyyatların e-hökumə portalına daxili;
-əmək haqqı uçotunun aparılmasında iştirak, əmək haqqı hesablamasının və əmək haqqı ödənişi ilə bağlı sənədlərin hazırlanması;
-zəruri hesabatların hazırlanması və dövlət qurumlarına təqdimi;
-əmək münasibətləri sahəsində dövlət qurumları ilə qarşılıqlı əlaqə;
-Dövlət Əmək Müfəttişliyinin yoxlaması zamanı işəgötürənin maraqlarının təmsili;
-əmək qanunvericiliyi ilə bağlı hüquqi rəylərin verilməsi;
-potensial risklərin aradan qaldırılması üçün tövsiyələr ilə bağlı hesabatın təqdim edilməsi ilə İR sənədlərinin auditi;
-outsorsinq xidmətləri.