İnsan resursları üzrə hüquqi dəstək

21.05.2026C&S Group 14

 

C&S Group konsaltinq şirkəti əmək münasibətlərinin qurulması, idarə olunması və ləğvi mərhələlərində insan resursları üzrə hüquqi dəstək xidmətləri təqdim edir. Bizneslərin əməyin idarə edilməsinə dair fəaliyyətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər müvafiq qanunvericiliyə uyğun şəkildə formalaşdırmaq üçün sistemli və praktik həllər təklif edirik.

Aşağıdakı istiqamətlər üzrə xidmətlər göstəririk:

mək müqavilələrinin və digər sənədlərin - işə qəbul, vəzifə təyinatı, əmək funksiyaları, məsuliyyət və məxfilik kimi müddəaları əhatə edən fərdi əmək müqavilələri və əlavələrin hazırlanması, eyni zamanda işə qəbul aktları, təlimat sənədləri və digər hüquqi sənədlərin tərtibi;

-daxili intizam və HR prosedurlarının - əmək intizamı, daxili qaydalar, məzuniyyət siyasəti, xəbərdarlıq və cərimə mexanizmləri üzrə prosedurların hazırlanması və hüquqi əsaslandırılması;

-əmək münasibətlərində mübahisələrin hüquqi həlli - işdən azadetmə, intizam tənbehləri, əmək mübahisələri və ya məhkəmə prosesi ilə nəticələnə biləcək situasiyalarda işəgötürənlərin maraqlarını qoruyan hüquqi həllər və nümayəndəlik xidməti;

 

-əmək qanunvericiliyinə uyğunluğun audit yoxlanması - iş yerində mövcud HR sənədlərinin qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi, risklərin müəyyən olunması və uyğunlaşdırma üzrə hüquqi rəyin təqdimi;

 

-insan resursları üzrə hüquqi məsləhət - işə qəbul siyasətindən tutmuş struktur dəyişikliklərinə qədər HR sahəsində istənilən hüquqi məsələ üzrə məsləhət və dəstək.

Məqsədimiz, işəgötürənlərə əmək münasibətlərində hüquqi riskləri minimuma endirən, şəffaf və səmərəli sistem qurmağa yardım etməkdir. Hüquqi dəstəklə düzgün qurulan HR sistemi biznes sabitliyinin əsas sütunlarındandır.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın