İnsan resursları

19.01.2022C&S Group 696

 

İnsan Resurslarından ibarət ekspertlər komandamız praktik təcrübəsi,  peşəkarlığı, dürüstlük və biznes etika standartları ilə fiziki və hüquqi şəxslərə xidmət göstərir.

Mükəmməlliyi hədəf aldığımızdan, işimizə əhəmiyyətli dərəcədə təsir göstərən və rəqabət üstünlüyümüzü qoruyub saxlamağa imkan verən  daxili keyfiyyətə nəzarət sisteminə sahibik. Davamlı inkişaf və mütamadi dəyərləndirmə yanaşması bizə, işimizin keyfiyyətini daim ölçmək və yalnız icra edə biləcəyimiz qədər söz vermək imkanını təmin edir

Biz, hər müştərimizə önəm verir, hər bir müştəriyə fərdi yanaşır və hər hansı bir həlli təklif etməzdən əvvəl onların fəaliyyət sahəsini nəzərdən keçiririk. Bu, bizə bilik və təcrübəmizi konkret bir şirkətin xüsusiyyətlərinə və ehtiyaclarına yönləndirərək onun üçün fərdi yanaşma tərzi yaratmağa imkan verir.

Əməkdaşlığımızdan əvvəl, sonra və əməkdaşlığımız zamanı müştərilərimizin məxfiliyinə və informasiya təhlükəsizliyinə rəsmi müqaviləmiz əsasında təminat veririk. Müştərilər ilə qurduğumuz işgüzar münasibətlərdə fərdi yanaşmadan istifadə edirik və onların konkret sorğuları üçün unikal həllər təklif edirik. Təklif etdiyimiz xidmətə təşkilatın və ya fiziki şəxsin mövcud real vəziyyətini təhlil etmək, prioritetləri müəyyən etmək, addımlarımızı planlaşdırmaq, İnsan Resurslarının idarə edilməsi üzrə funksional strategiya və əməliyyat səviyyələri ilə bağlı nəticələri izləmək imkanı verən müxtəlif metod və alətlərin geniş spektri daxildir. Başqa sözlə desək, ekspertlərdən ibarət komandamız strategiyanızı həyata keçirmək üçün lazımi imkanları aşkar etmək və yaratmaqda təşkilatınıza yardımçı ola bilər.

Təcrübəli ekpertlərimiz güclü səriştə bazasını yaratmaq, müvafiq davranış modellərini sınaqdan keçirmək və təşkilat daxilində kadr ehtiyatının planlaşdırılmasına və istedadların inkişaf etdirilməsinə yönəldilmiş təşəbbüslərə əlverişli şərait yaratmaq üçün təşkilatın rəhbərliyi ilə əməkdaşlıq etməyə hazırdır.

Konsultasiya xidmətlərimiz qeyd olunalarla məhdudlaşmayaraq aşağıdakıları özünə ehtiva edir :

-dəyişikliklərin idarə edilməsi və biznesin yenidən təşkili;

-müştərini narahat edən məsələlər ilə bağlı fərdi konsultasiyaların keçirilməsi;

-proseslər xəritəsinin tərtib olunması;

-şirkət üzrə siyasətlərin və prosedurların işlənib hazırlanması və həyata keçirilməsi;

-performansın idarə olunması sisteminin yaradılması və tətbiqi;

-təşkilatınızın fərdi xüsusiyyətlərini nəzərə alaraq İnsan Resurslarının İdarə edilməsi üzrə unikal sisteminizin yaradılması;

-biznesinizə yönümlü İnsan Resurslarının İdarə edilməsi strategiyanızın qurulması;

-şirkətinizin özəlliklərini nəzərə alan, dünya standartlarına uyğun dərəcələndirmə sisteminin qurulması;

-etika və uyğunluq prosesinin işlənib hazırlanması və həyata keçirilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın