Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı sahəsində dərin bilikləri olan mütəxəssisləri şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edir:
- kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
- əməkdaşların şəxsi işlərinin yaradılması;
- xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin rəsmiləşdirilməsi (əmr və digər sənədlərin yazılması);
- icbarı sığorta əməliyyatların icrası;
- işçilərin əmək kitabçalarının yazılması;
- əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;
- lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib hazırlanması;
- ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;
- şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi ( işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);
- işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;
- əmək kitabçalarının tərtib edilməsi və doldurulması;
- işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi;
- işçilərin şəxsi işlərinin formalaşdırılması;
- kadr sənədləri ilə iş üzrə məsləhətlər;
- şirkətin bütün kargüzarlıq sənədlərinin hazırlanması.