İdxalı əvəz edən mallar istehsal edən müəssisələrin azad olduğu vergilər

21.09.2023C&S Group 566

 

İdxalı əvəz edən mallar istehsal edən müəssisələr hansı vergilərdən azaddır?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə, idxal malını yerli istehsal olunmuş mal ilə əvəz edən məhsulların istehsalına münasibətdə güzəştlər nəzərdə tutulur. Müəssisəmiz makaron istehsalı ilə məşğuldur. Bizim müəssisə bu güzəştlərdən faydalana biləcəkmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 (yeddi) il müddətinə əldə etdikləri mənfəətin 50 (əlli) faizi mənfəət (gəlir) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahı təsdiq edildikdən sonra həmin siyahıda makaron məhsulları nəzərdə tutulduğu halda, müəssisənizə müvafiq vergi güzəştləri tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci 199.17-ci və 207.10-cu maddələri.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın