İdxal olunan məhsullar

21.06.2025C&S Group 281

 

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təsərrüffat subyektləri ölkə ərazisinə idxal etdiyi məhsulların müvafiq normalara cavab verməsinə çalışmalıdırlar. İlk növbədə idxal edildikdən sonra və ya ümumiliklə istehsal olunduqdan sonra alıcılara təqdim olunan məhsullar müvafiq olaraq hər bir qanuna uyğun olmalıdır. Əsas olaraq məhsulu təqdim edən şəxslər istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun müddəalarına uyğun olaraq hərəkət etməlidirlər.

İstehlakçılar malları (işlərin, xidmətlərin) və onların istehsalçısını, icraçısını və satıcısını sərbəst seçə bilərlər.

İstehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını və əlavə olaraq malların təhlükəsizliyini tələb etməlidirlər.

Qanunvericilikdə nəzərdə tutulan hallara uyğun olaraq lazımi keyfiyyətdə olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərər miqdarında ödəniş ödənilməlidir.

İstehlakçılar hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət edə bilərlər.

İstehlakçılar tərəfindən istifadə edilən məhsullar lazımı keyfiyyətdə olmaması, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların aşkarlanması kimi hallarda məhsulları təqdim edən tərəfə cərimə və sanksiyalar tətbiq oluna bilər.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın