"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir müəssisə əmək müqaviləsi bağladığı işçini 1 ay ərzində istehsalatda bədbəxt hadisələrə qarşı siğortalamalıdır.
Qanuna əsasən əmək fəaliyyəti ilə məşğul olan şəxslər sığorta olunmalıdır.
1.Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
2.İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3.Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
4.Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5.Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyən (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
6.Təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına,habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.
Fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər 1500 AZN məbləğində, hüquqi şəxslər 5000 AZN məbləğində cərimə edilir.