Biznesin və fərdi fəaliyyətin uğurla davam etdirilməsi üçün hüquqi bazanın möhkəm qurulması vacib şərtlərdən biridir. C&S Group olaraq biz müştərilərimizə peşəkar və kompleks hüquqi xidmətlər təqdim edirik.
Şirkətimizin təcrübəli komandası həm fiziki, həm də hüquqi şəxslərə hüquqi məsələlərin hər mərhələsində dəstək olur, qanunvericilik tələblərinə tam uyğun həllər təklif edir.
Xidmətlərimizə aşağıdakılar daxildir:
-şirkətlərin qeydiyyatı və hüquqi sənədlərin hazırlanması (nizamnamə, qərarlar, müqavilələr və s.) üzrə hüquqi xidmətlər;
-əmək, mülki, inzibati və vergi hüququ üzrə hüquqi məsləhətlərin verilməsi üzrə hüquqi xidmətlər;
-dövlət orqanlarında müştərinin təmsil edilməsi üzrə hüquqi xidmətlər;
-müqavilələrin hazırlanması, ekspertizası və risklərin qiymətləndirilməsi üzrə hüquqi xidmətlər;
-tender, lisenziya və digər inzibati prosedurlar üzrə hüquqi xidmətlər.
Şirkətimizin komandası yalnız mövcud qanunvericilik çərçivəsində deyil həm də praktiki biznes reallıqları nəzərə alınmaqla effektiv hüquqi strategiyalar hazırlayır. Bizim məqsədimiz hüquqi təhlükəsizliyinizi təmin etmək, hüquqlarınızı qorumaq və biznesinizin sabit inkişafına dəstək olmaqdır.
Hüquqi xidmətlərin vacibliyi nədədir?
Hüquqi xidmətlər fiziki və hüquqi şəxslərin qanunvericilik çərçivəsində hüquqlarının qorunması, öhdəliklərinin yerinə yetirilməsi və hüquqi risklərin qarşısının alınması məqsədilə göstərilən peşəkar məsləhət, təmsilçilik və sənədləşmə xidmətləridir.
Hüquqi xidmətlər biznes fəaliyyəti zamanı yaranan müxtəlif hüquqi məsələlərin – müqavilə münasibətləri, vergi və əmək münasibətləri, dövlət orqanları ilə işlərin düzgün və qanuni şəkildə idarə edilməsinə şərait yaradır. Onlar şirkətlərin fəaliyyətini qanun pozuntularından qoruyur, cərimə və məhkəmə risklərini azaldır, müqavilə öhdəliklərinin icrasını təmin edir. Düzgün hüquqi xidmət həm də biznesin etibarlılığını və reputasiyasını möhkəmləndirir.
Şirkət, qanunvericilikdə baş verən dəyişiklikləri daima izləyir və onları praktiki tətbiq edərək, müştərilərinin hüquqi təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Müqavilələr biznes münasibətlərinin hüquqi əsasını təşkil edir. Onların düzgün hazırlanması tərəflərin hüquqlarını qoruyur və gələcək mübahisələrin qarşısını alır.
Biz həmçinin müştərilərə hüquqi məsləhət xidmətləri təqdim edərək müqavilə şərtlərinin optimallaşdırılmasına və əməliyyatların qanunvericiliyə uyğun icrasına dəstək oluruq. Xidmətlərimizə risklərin qiymətləndirilməsi, öhdəliklərin hüquqi təminatı və mübahisələrin qarşısının alınması üzrə məsləhətlər daxildir.
Biznes fəaliyyətində yaranan hüquqi məsələlər yalnız müqavilə və məhkəmə çəkişmələri ilə məhdudlaşmır. Əmək, vergi və mülki hüquq sahələrində düzgün hüquqi xidmət olmadan risklər əhəmiyyətli dərəcədə arta bilər.
“Minor Business Group” MMC müştərilərinə aşağıdakı sahələr üzrə peşəkar hüquqi xidmətlər təqdim edir:
-əmək hüququ: əmək müqavilələrinin hazırlanması, işçilərin hüquqlarının qorunması, ixtisar və işə qəbul proseslərinin hüquqi tənzimlənməsi, iş yerlərinin attestasiyası və əmək mübahisələrinin həlli;
-vergi hüququ: fiziki və hüquqi şəxslərin vergi qeydiyyatı, vergi ödəmələrinin düzgün təşkili, vergi orqanları ilə yaranan problemlərin həlli, vergi qərarlarına şikayətlərin hazırlanması;
-mülki hüquq: daşınmaz və daşınar əmlakın qeydiyyatı və hüquqların müdafiəsi, sosial təminat və övladlığa götürmə məsələləri.
Bu xidmətlər müştərilərin hüquqlarını qoruyur, qanunvericiliyə tam uyğunluq təmin edir və biznesin təhlükəsiz, dayanıqlı fəaliyyətinə şərait yaradır.