Hüquqi dəstək - müqavilələrin hazırlanması

30.10.2026C&S Group 8

 

Yeni bir yerli və ya xarici tərəfdaşla əməkdaşlığa başlamaq üzərindəsiz, lakin  onunla bağladığınız müqavilə şərtləri ilə razı və ya əmin deyilsiniz. Təbii olaraq özünüzü şərtlərin hər iki tərəf üçün uyğun olması özünüzü sığortalamaq üçün əsas şərtdir. Bu tamamilə normal haldır və siz bütün hüquqi riskləri əvvəlcədən görmək istəyirsiniz. Müqavilə hüququ üzrə uzunmüddətli təcrübə qazanıb, işlərinizdə sizə peşəkar hüquqi dəstək göstərməyə hazırıq!

Müqavilə və sənədləşmə üzrə hüquqi məsləhət xidmətlərimiz nələri əhatə edir?

– müqavilə və sənədləşmə məsələləri üzrə ilkin ümumi məsləhətin verilməsi;
– müqavilə şərtlərinin müzakirə edilməsi;
– mümkün müqavilə şərtlərinin və risklərin izah edilməsi.

Müqavilələrin hazırlanması və təhlil edilməsi üzrə xidmətlərimiz:

– müxtəlif sahələrə aid olan müqavilələrin hazırlanması;
–
niyyət razılaşmaları;
–
məxfilik və NDA müqavilələri;
–
distribyutorluq, agentlik və satış nümayəndəsi haqqında müqavilələr;
–
texnologiya transferi və lisenziya haqqında müqavilələr;
–
müəssisə və konsorsium müqavilələri;
–
səhmdar müqavilələri və səhmlərin ötürülməsi barədə müqavilələr;
–
ixrac və idxal müqavilələri;
–
xidmət və icarə müqavilələri (podrat, kirayə və s.);
–
əmək müqavilələri;
–
alqı-satqı müqaviləsi;
–
standart və istifadəyə hazır müqavilə paketinin hazırlanması və s.

Ərizə, şikayət və digər sənədlərin hazırlanması və təhlil edilməsi üzrə xidmətlərimiz;

– dövlət orqanlarına, məhkəmələrə və beynəlxalq qurumlara müraciətlərin hazırlanması;
– müxtəlif məsələlər üzrə ərizə və şikayətlərin hazırlanması;
– etibarnamə mətnlərinin hazırlanması, qeydiyyatı və tərcüməsi;
– akkreditivlər və maliyyə sənədlərinin təhlil edilməsi.

Müştəri mənafelərinin dövlət orqanlarında təmsil edilməsi üzrə xidmətlərimiz:

– bütün korporativ və biznes prosedurları zamanı (şirkətin qeydiyyatı və ləğvi, müflisləşmə, iflas, direktorun dəyişilməsi və s.) müştərinin maraqlarının təmsil olunması;
– zəruri hallarda müqavilələrin və sənədlərin qeydiyyatı daxil olmaqla dövlət orqanlarına müraciət edilməsi;
– yaranan problemlər üzrə hüquqi risklərin idarə edilməsi;
– beynəlxalq maliyyə əməliyyatlarında müştərinin maraqlarının təmsil olunması.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın