Hüquqi xidmətlər

10.07.2026C&S Group 8

 

C&S Group müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərə peşəkar komandası ilə muhasibat uçotu və konsaltinq xidmətləri təklif edir.

Şirkətimizin əsas fəaliyyət  sahəsi mühasibat uçotu və vergi xidmətləri,  məsləhət xidmətləri,  kadr uçotu işləridir. Eyni zamanda miqrasiya xidmətləri, dövlət orqanları ilə sənədləşmələrin aparılması, lisenziyaların alınması, gömrük rəsmiləşdirilməsi üçün sənədləşmə, sifariş əsasında audit xidmətlərini də yerinə yetiririk.  

Hüquqi xidmətlər sahəsində müştərilərimizə təklif etdiyimiz xidmətlərə daxildir:

-müəssisələrin qeydiyyata alınması ilə bağlı sənədlərin hazırlanması;  

-müəssisələrin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınmasına dəstək;

-kommersiya / birgə fəaliyyətlə bağlı müqavilələrin tərtib olunması;

-intellektual fəaliyyətin nəticələrinə müstəsna hüququn (əmtəə və xidmət nişanına hüquq) qeydiyyata alınmasında hüquqi dəstək;

-etibarnamələrin, sertifikat və lisenziyaların tərtibi, tərcümə edilib təsdiqlənməsi;

-niyyət məktublarının, məxfilik və məlumatların qorunması haqqında razılaşma müqavilələrinin hazırlanması;

-icarə müqavilələrinin, təhvil-təslim aktlarının tərtibi;

-malların beynəlxalq alqı-satqısının, beynəlxalq xidmətlərin, partnyorluq, distribütorluq, vasitəçilik və satış nümayəndəliyi üzrə razılaşma müqavilələrinin hazırlanması;

-məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi;

-komersiya müqavilələrinə və tələblərinə uyğun olaraq hüquq xidmətlərinin təklifi;

-müəssisənin fəaliyyətinin dayandırılması (könüllü ləğv yaxud iflas nəticəsində); 

-arbitraj və mülki proseslərdə hüquqi yardımın göstərilməsi.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın