“İnsan Resursları üçün müsahibə üsulları”, “İnsan Resurslarının yazılmamış qanunları” kitablarının müəllifi, həmçinin, “PepsiCo” şirkətinin öncəki HR mütəxəssisi Allan Collins, hər zaman yeni fikirlərin müəllifi və dəstəkçisi olmuşdur. İnsan Resursları dünyasında mühüm yerə sahib olan Collins, hal-hazırda böyük şirkətlərin CEO və HR mütəxəssislərinə konsultasiya verir. Onun HR sahəsindəki fikirləri təqdirə layiqdir:
Performans və qoyulmuş hədəfə çatmaq çox önəmlidir. Sizin iş dünyasında tanınmanıza gətirib çıxaracaq, lakin müəyyən bir nöqtəyə qədər... Əgər lider olmaq yolunda irəliləyirsinizsə, performansınızla yanaşı insanlarla qurduğunuz ünsiyyət də əhəmiyyət daşıyır. Unutmayın ki, sizə karyeranızda uğur qazandıran məhz insanlardır.
HR departamentini idarə edirsinizsə, yanınızda olacaq insanları – komandanızı düzgün seçməlisiniz. Komandanızda yarana biləcək boşluqlar, gələcək dövr üçün iş həyatınızda əngəllərə çevrilə bilər.
Təcrübələrdə göstərir ki, narsist insanlar iş dünyasında heç vaxt irəliyə gedə bilməyiblər. “Ən yaxşı mənəm” deməniz sizi geriyə atacaqdır. Ona görə də hər zaman öyrənməyə açıq olun, səhvlərinizi qəbul etməyi bacarın.
Qəbul etməyi və insanları dinləməyi bacarın.
Bəzən digərlərinin fikirləri, sizin fikirlərinizdən daha düzgün yol izlətdirə bilər.
Bacarıqlı və işini bilən HR mütəxəssisi hər zaman yeni idealar, yeni layihələrlə çıxış olmalıdır.
İşə qəbul zamanı namizədlərdən “Nələri həyata keçirmisiz?” yox, “Necə həyata keçirmisiz?” sualını soruşun. Mühüm olan təcrübə yox, bacarıqdır.
Hər gün görəcəyiniz işləri qeyd edin, daha sonra vaciblik səviyyəsinə görə ardıcıllıqla yerinə yetirin.
Yeri gəldikdə, komandanıza xidmət göstərməyi bacarın. Onlara karyeralarında irəliləyə bilmələri üçün kömək edib, yol göstərən idarəçi olun. İşini sevən HR idarəedicisi, onun təcrübəsindən bəhrələnmək istəyən əməkdaşların yoluna işıq saçmağı bacarmalıdır. Bildiklərinizi paylaşmağınız, insanlara yön verməyə çalışmanız hər zaman sizi sevilən edəcəkdir.
Yeni qabiliyyətlərin kəşf edilməsindən məsul olan HR mütəxəssisi bilməlidir ki, işinin peşəkarı olan işçini müəssisəsinə gətirmək üçün onu maddi və mənəvi olaraq məmnun etməyi bacarmalıdır.