HR auditin vacibliyi

26.08.2025C&S Group 129

 


HR audit – şirkətin insan resursları siyasəti, prosedurları, sənədləri və təcrübəsinin sistemli şəkildə təhlil edilməsidir. Burada məqsəd hüquqi riskləri müəyyənləşdirmək, effektivlik və şəffaflığı artırmaq, HR sistemlərini biznes strategiyasına uyğunlaşdırmaqdır.


HR audit, sadəcə sənəd yoxlaması olmayıb şirkət mədəniyyəti və etikası, işçi motivasiyası və performansı, liderlik kimi yumşaq faktorları da əhatə edir.

HR auditin vacibliyi haqqında:

 

1. Hüquqi uyğunluq və risklərin qarşısını almaq: Əmək Məcəlləsinə və digər normativ sənədlərə uyğun olmayan müqavilə, işə qəbul və ya işdən çıxarma prosedurları ciddi cərimələrlə nəticələnə bilər. HR audit bu riskləri proaktiv şəkildə aşkar edərək şirkəti sığortalayır.

2. Səmərəliliyi ölçmək və artırmaq: HR funksiyalarının nə dərəcədə effektiv işlədiyini bilmək üçün HR audit güclü göstəricilər təqdim edir ( işə qəbul müddəti nə qədərdir, işdən çıxmalar hansı səbəblərlə baş verir, təlimlər real performansa necə təsir edir və s. ).

3. Daxili siyasət və prosedurların optimallaşdırılması nəticəsində şirkət görür ki, hansı sənədlər köhnəlib, hansı prosedurlar artıq işə yaramır və ya hansı boşluqlar var. Bu, sistemin təkmilləşdirilməsi üçün fürsətdir.

4. HR audit  insan kapitalının strateji dəyərləndirilməsi ilə rəhbərliyə şirkət əməkdaşları haqqında real mənzərə verir.

5. Auditin düzgün keçirilməsi əməkdaşlara göstərir ki, sistem şəffaf və obyektivdir. Bu da daxili mədəniyyəti və motivasiyanı gücləndirir.


Bəs HR audit nə zaman lazımdır?

 

-şirkət böyümə mərhələsinə giribsə;

-yeni rəhbərlik dəyişiklikləri olubsa;
-işdən çıxanların sayı artıbsa;

-qanuni cərimə riski yaranıbsa;

-HR sistemi uzun müddətdir yenilənməyibsə.



HR audit, müasir idarəetmənin strateji komponentidir. Əgər şirkətiniz insan kapitalını sadəcə resurs deyil, potensial olaraq görürsə, bu potensialın ölçülməsi və inkişafı üçün HR audit qaçınılmazdır. Bu proses illik, yarımillik və ya layihə əsaslı həyata keçirilə bilər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın