Əmək müqaviləsinin bağlanılmaması

22.06.2022C&S Group 551

 

Əmək müqaviləsi bağlanmadan (hüquqi qüvvəyə minmədən) işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmasıdır.

İşəgötürənə Vergi Məcəlləsinin 58.10.-cu maddəsinə əsasən 

-belə hala birinci dəfə yol verdikdə 2000 manat,

-ikinci dəfə yol verdikdə 4000 manat,

-üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində cərimə (maliyyə sanksiyası) tətbiq edilir.

Eyni zamanda AR İnzibati Xətalar Məcəlləsininin 192.1 maddəsinə əsasən bu hal baş verdiyi təqdirdə,

-fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə,

-vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə,

-hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın