Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək
münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.İşəgötürənlə işçi arasındakı əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Aşağıdakı şəxslərə Əmək məcəlləsi şamil olunmur:
- hərbi qulluqçulara;
- məhkəmə hakimlərinə;
- milli məclisin deputatlarına və bələdiyyəyə seçilmiş şəxslərə;
- xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə fəaliyyət göstərən müəssisədə çalışan əcnəbilərə;
- podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.