Əmək haqqının nağd qaydada ödənilməsi mümkündürmü?

29.12.2023C&S Group 205

 

Vergi Məcəlləsinin 58.7-1. maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə əmək haqlarını nağd qaydada ödəyən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 %, ikinci dəfə yol verdikdə 20 %, üç və daha çox dəfə yol verdikdə isə 40 % miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin həmin Qanunun 3.4.4-cü maddəsində göstərilib ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər işçilərinə əməkhaqqı ödənişlərini nağd qaydada həyata keçirə bilərlər. Maddədən də göründüyü kimi, sadələşdirilmiş verginin ödəyicisi (200.000 manatdan çox dövriyyəsi olan ictimai iaşə faəliyyəti istisna olmaqla) və ƏDV ödəyicisi olmayan gəlir və mənfəət üzrə vergi ödəyiciləri bu əməliyyatı həyata keçirə bilərlər.

Misal 1: Sadələşdirilmiş verginin ödəyicisi olan fərdi sahibkarın 3 nəfər işçisi var. Sahibkar onların hər birinə məcburi sosial ödənişlər çıxıldıqdan sonra 600 manat nett əməkhaqqını nağd qaydada ödəyir. Bu zaman həmin vergi ödəyicisinə 3 nəfərə aylıq ödədiyi cəmi 1.800 manat əməkhaqqı məbləğinə görə heç bir maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 2: ƏDV ödəyicisi olan fərdi sahibkar dekabr ayında işçilərinə nett olaraq 28.000 manat məbləğində əməkhaqqını nağd qaydada ödəyib. Bu zaman il ərzində birinci dəfə bu hala yol verdiyinə görə vergi ödəyicisinə 2.800 manat maliyyə sanksiyası tətbiq ediləcək.

28.000 x 10% = 2.800 manat.

Onu da qeyd edək ki, işçilərin əməkhaqqı məbləğindən hesablanıb tutulan məcburi sosial sığorta ödənişləri də yalnız nağdsız qaydada müvafiq fondların hesabına köçürülməlidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın