ƏDV qeydiyyatından sonra hesabatların təqdimi

30.07.2024C&S Group 360

 

ƏDV qeydiyyatına düşdükdən sonra hesabatların təqdim edilməsi müddəti necə tənzimlənir?

2020-ci ildən tikinti materiallarının pərakəndə satışı ilə məşğulam və sadələşdirilmiş vergi ödəyicisiyəm. 2024-cü ilin may ayının 5-də könüllü olaraq 2022-ci il yanvarın 1-dən ƏDV qeydiyyatına düşmək üçün vergi orqanına ərizə təqdim etmişəm və vergi orqanı tərəfindən 2024-cü ilin may ayının 8-də ƏDV qeydiyyat bildirişi elektron qutuma göndərilib. Bu zaman əvvəlki dövrün gəlir vergisi bəyannamələrini vergi orqanına təqdim etməliyəmmi və gec təqdim etdiyimə görə mənə maliyyə sanksiyası tətbiq olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.

Buna əsasən, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alındıqda ƏDV qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən tərəfinizdən 90 gün müddətində 2022-ci və 2023-cü illərin gəlir vergisinin bəyannamələri vergi orqanına təqdim olunmalıdır və müvafiq vergi bəyannamələri həmin müddətdə təqdim edilərsə, vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 149.4-1-ci maddəsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın