ƏDV məqsədləri üçün qeydiyyatın ləğvinə dair ərizə

22.11.2023C&S Group 505

 

Əlavə dəyər vergisi (ƏDV) ödəyicilərini maraqlandıran suallardan biri də hansı hallarda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verilməsi ilə bağlıdır.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən, Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Fikir verirsinizsə, burada "bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə" göstərilib. Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd edilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim etməlidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 16.3-cü maddəsi sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Həmin maddədə yer alan hal Məcəllənin 158.1-ci maddəsində istisna edilir. Buradan belə nəticə əldə edirik ki, ƏDV ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdıqda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilməz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın