Vergi xidmətləri – şəffaf hesabatlıq və etibarlı dəstək
Hər bir sahibkar üçün vergi öhdəliklərinin düzgün və vaxtında icrası biznesin davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir. Vergi qanunvericiliyində tez-tez baş verən dəyişikliklər isə sahibkarların işini daha da çətinləşdirir. Səhv edilmiş bir hesabat və ya artıq ödənilmiş vergi əlavə maliyyə yükünə səbəb ola bilər.
C&S Group olaraq biz, müştərilərimizə vergi məsələlərində tam dəstək göstəririk. Peşəkar komandamız həm gündəlik vergi öhdəliklərinin yerinə yetirilməsini təmin edir, həm də vergi planlaması ilə biznesin gələcəyini daha sağlam şəkildə qurmağa kömək edir.
Təklif etdiyimiz vergi xidmətlərinə daxildir:
• vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
• vergi uçotu və hesabatların aparılması;
• əməkdaşların rəsmi qeydiyyatı və əməkhaqqı üzrə vergi öhdəliklərinin icrası;
• e-qaimələrin tərtibi və idarə olunması;
• vergi borclarının izlənməsi və aradan qaldırılması;
• vergi planlaması və optimallaşdırma üzrə məsləhətlər;
• vergi yoxlamaları zamanı müşayiət və hüquqi dəstək;
• artıq və ya səhv hesablanmış vergilərin azaldılması, geri qaytarılması və ya növbəti dövrlərdə hesablanacaq vergilərlə əvəzləşdirilməsi;
• vergi məsələləri üzrə konsultasiya.
Bizimlə əməkdaşlıq edən hər bir sahibkar əmin ola bilər ki, bütün vergi öhdəlikləri qanuni, şəffaf və optimal şəkildə icra olunacaq. Yanaşmamız sadəcə hesabat təqdim etmək deyil, müştərilərimizin artıq ödənişlərdən və lazımsız risklərdən qorunmasına da dəstək olmaqdır.
Düzgün vergi idarəçiliyi – güclü biznesin zəmanətidir!