Hörmətli vergi ödəyiciləri! Nəzərinizə çatdırmaq istəyirik ki, 17 aprel 2023-cü ul:
-gəlir vergisi;
-mənfəət vergisi;
-məcburi dövlət sosial sığorta haqqı;
-işsizlikdən sığorta haqqı;
-icbari tibbi sığorta haqqının ödənilməsinin son günüdür.
Eyni zamanda bildiririk ki, 20 aprel 2023-cü il tarixi aşağıdakı vergilərin ödənilməsinin son günüdür:
-sadələşdirilmiş vergi;
-xüsusi notariuslar üzrə gəlir vergisi;
-idman mərc oyunları, lotereyalar,habelə, digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi;
-əlavə dəyər vergisi;
-aksizlər;
-yol və mədən vergisi;
-pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi;
-muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;
-sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.
Xatırladırıq ki, qeyd olunan ödəmələr vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.