Bizneslərin bağlanma səbəbləri nələrdir?

20.12.2023C&S Group 712

 

Bəzən böyük həvəslə qurulmuş biznes bəzi səbəblərdən dolayı fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Bəs biznesin bağlanmasına nələr səbəb olur:

-bağlanan bizneslərin 20%-i sahibkarın irəli sürdüyü xidmət və ya məhsula bazarda tələbatın aşağı olmasının qurbanı olur;

-biznes qurarkən qoyulan vəsait və onun necə və hara xərclənməsi önəmli faktordur. Bəzən vəsait yetərsizliyi yaranır ki, bu da biznesin bağlanmasına səbəb olur. Bu səbəb bağlanan bizneslərin 14%-ni təşkil edir;

-biznesin qurulmasında mühüm məsələlərdən biri də komandanın qurulmasıdır.  Belə ki bağlanan bizneslərin 11 %-nin bağlanma səbəbi düzgün komandanın qurulmamasıdır;

-biznes mühitində sağlam rəqabət biznesin inkişafı üçün çox önəmlidir, lakin bu zaman risklər də qaçılmaz deyil. Hesablamalara görə 9 % biznes rəqabət mübarizəsində uduzduğu üçün bağlanmağa məcbur olur;

-həm bazar seqmenti, həm də məhsul düzgün dəyərləndirilmədikdə biznesin bağlanmasına gətirib çıxarır. Bu da ümumi bağlanmanın 7%-ni təşkil edir; 

-biznesin ən vacib məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Məhsulun keyfiyyətinin aşağı olmasından dolayı 7% biznes bağlanmağa məcbur olur. Həmçinin məhsulun bir biznes modeli olmalıdır. Vaxtında və düzgün biznes modeli hazırlanmadığından 7% biznes vaxtından tez bağlanmalı olur;

-son olaraq düzgün marketinq aparmaqla  biznesi inkişaf etdirmək mümkün olduğu kimi, yanlış marketinqin nəticəsində biznes bağlanmaq təhlükəsi ilə üzbəüzqalır. Bağlanmaların 6%-ni də məhz bu səbəb təşkil edir. 

Yeni bir biznes qurarkən sahibkar yuxarıdakı risklərin hər birini diqqətlə nəzərdən keçirməlidir. Hər kiçik səhv böyük uğursuzluğun başlanğıcı ola bilər. 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın