C&S Group şirkətinin missiyası hər bir müəssisəyə peşəkar səviyyədə individual yanaşmaqla bərabər xırda detallara da diqqət yetirərək, partnyorlarımıza iş prosesində şəffaflığı təmin etmək, səmərəlilik və çevikliyi artırmaqla inkişafa dəstək olmaqdır.
Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə göstərilən məsləhət xidmətlərinin keyfiyyətini daim artıraraq ən yüksək səviyyədə hərtərəfli məsləhət xidmətləri təqdim edirik. Sizdə sahibkar kimi yeni biznesə başlamağı düşünürsünüzsə bu sahə üzrə bizim xidmətlərimizdən yararlana bilərsiniz:
-şirkətlərin qeydiyyata alınması, məlumatların dəyişilməsi və ləğv edilməsi;
-yeni şirkətlərin qeydiyyata alınması;
-biznesin müxtəlif sahələri üçün lisenziyaların alınması;
-şirkətlərin bağlanması;
-biznes planın yazılması;
-investisiya təşviq sənədlərinin alınması;
-Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin alınması üçün məlumat xidməti və sənədlərin hazırlanması.
Biz sabit və çevik, xarici mühitdəki dəyişikliklərə müvəffəqiyyətlə müqavimət göstərməyi bacaran və işinizin inkişafı üçün çalışan kollektivik.