Bəyannamə təqdimi üçün müddətin sonuncu gününün tənzimlənməsi

04.04.2022C&S Group 1261

 

Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?

Vergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bəzi suallar meydana gəlir.

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcələninin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.

Misal 1: Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi 2021-ci ilin 4-cü rübü üzrə vergi hesabatını 20 yanvar 2022-ci ildən gec olmayaraq təqdim etməlidir. Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq hüzn günü olduğu üçün qeyri-iş günüdür. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf etdikdə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirildiyindən artıq vergi ödəyicisi bəyannaməni 2022-ci ildə verir.

Misal 2: Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Vergi ödəyicisi 2022-ci ilin fevral ayı üzrə bəyannaməni 20 martdan gec olmayaraq təqdim etməli olsa da, 20-24 mart 2021-ci il Novruz bayramına, həmçinin, bəzi bayram günləri şənbə və bazar gününə təsadüf etdiyi üçün vergi ödəyicisi növbəti hesabatı 28 mart 2021-ci il tarixdən gec olmayaraq təqdim etməlidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın