CS Group şirkəti birdəfəlik konsultasiyalardan biznesin tam mühasibatlıq müşayiətinə qədər geniş spektrdə mühasibat xidmətləri təqdim edir.
Mühasibalıq hesabatlarının aparılmasını həvalə etməyə üstünlük verən şirkətlərin sayı artmaqdadır. Bəzi müəssisələrdə kompleks şəkildə mühasibat xidmətlərinə ehtiyac olursa, digər təşkilatlarda mütəxəssisin epizodik iştirakı, artan iş həcmi ilə əlaqədar müvəqqəti kömək və ya layihə üzrə əlavə dəstək tələb olunur. CS Group MMC şirkəti istər hüquqi şəxslərə, istərsə də fərdi sahibkarlara mühasibat uçotu xidmətlərini təklif edir. Mühasibatlığın distant qaydada aparılması Azərbaycanda kiçik və orta biznes üçün aktualdır. Bəzən müəssisələrdə ayrıca mütəxəssis üçün ştat açmaq sərfəli olmur. Halbuki, biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu problemdən optimal çıxış yolu seçim əsasında konkret tip xidmətlərin daxil edildiyi aylıq əsasla göstərilən mühasibat xidmətləridir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibat sahəsində daha qlobal məsələlərin həllini tapmağa imkan verir.
Üstünlüklərimiz:
-müştərilərin gündəlik dəstəklənməsi və konsultasiyaların aparılması;
-mühasibat xidmətlərinin göstərilməsi haqqında rəsmi müqavilə bağlayırıq və göstərdiyimiz fəaliyyətə görə məsuliyyət daşıyırıq;
-ştatlı mühasib üçün çəkilən xərclərdən daha münasib qiymət;
-ixtisaslaşmış mütəxəssislər;
-müştəri məlumatlarının məxfiliyinin qorunması;
-vergiləri optimallaşdırırıq;
-mühasibatlıqla bağlı xərclərinizi minimallaşdırırıq.
Şirkətimiz Bakı şəhərində fəaliyyət göstərən müəssisələrə, hüquqi və fiziki şəxslərə mühasibat xidmətlərini təklif edir. Biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ixtisaslaşmış şəkildə iştirak etməyə: şirkətlərin qeydiyyata alınmasında, sənəd dövriyyəsinin təşkil olunmasında və bütün növ hesabatların təqdim olunmasında yardım etməyə hazırıq. Mühasibat xidmətlərinin göstərilməsi həm birdəfəlik, həm də sistematik qaydada həyata keçirilə bilər. Abunəçiyə göstərilən xidmətin dəyəri işlərin həcmindən və seçilmiş istiqamətdən asılı olaraq dəyişir.
Göstərdiyimiz mühasibat və kadr uçotu xidmətləri;
Mühasibatlıq üzrə:
-ƏDV bəyannaməsinin tərtib və təqdim edilməsi;
-ƏDV üzrə əvəzləşmələrin verilməsi
-ƏDV üzrə dövlət büdcəsi ilə hesablaşmalar
-Maliyyə əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;
-Ödəmə mənbəyi üzrə bəyannamə;
-Mənfəət vergisi bəyannaməsi;
-Əmlak vergisi bəyannaməsi;
-Gündəlik əməliyyatların (invoysların, elektron qaimə fakturaların, ödəniş tapşırıqlarının) hazırlanması;
-Vergi hesabatlarının göndərilməsi;
-Dövlət sosial müdafiə fondu üzrə hesabatlar;
-Dövlət statistika orqanlarına hesabatlar;
-Digər dövlət orqanlarına təqdim edilən hesabatların verilməsi.
-Əmək haqqının hesablanması;
-Əsas vəsaitlərin uçotu;
-YGB üzrə əməliyyatların aparılması;
-Müqavilələrin hazırlanması və yoxlanması;
-Vergi orqanı ilə yazışmaların aparılması;
-Mühasibat, vergi qanunvericiliyi, maliyyə sahəsində məsləhətlərin verilməsi;
-Daxili audit.
Kadr uçotu üzrə:
-İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı sənədləşmələr;
-Əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi və elektron informasiya sisteminə daxil edilməsi;
-Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
-Müəssisə üzrə müvafiq ştat cədvəlinin hazırlanması;
-Maddi məsuliyyət haqqında müqavilənin hazırlanması və s.
Nəyə görə mühasibat şirkəti ilə işləmək mühasibi işə götürməkdən daha sərfəlidir?
-Bir nəfər belə ştatlı mühasibin işləməsi üçün kompüter, telefon və digər ofis avadanlığı ilə təchiz edilmiş iş yerinin olması, mühasibat proqramlarının əldə edilməsi və onların quraşdırılması tələb olunur. Autsorsinq zamanı isə mütəxəssis proqram təminatı da daxil olmaqla, tələb olunan hər bir şeyə malik olduğuna görə artıq vəsaitin xərclənməsi tələb olunmur;
-Ştatlı işçi iş yerində olub-olmamağından asılı olmayaraq (məzuniyyət, dekret, xəstəliklə bağlı məzuniyyət və s. ilə əlaqədar) hər zaman əmək haqqının ödənməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, daima vergi və maaş ödənişlərinin həyata keçirilməsi tələb olunur;
-Ştatlı mühasib üçün çəkilən xərclərdən 40-60 % aşağı qiymət;
-Şirkətimizin ixtisaslaşmış əməkdaşlarından ibarət ştat;
-Xəstəliksiz, dekretsiz, məzuniyyətsiz xidmət;
-Mühasibat proqramlarına, hüquq proqramlarına və digər inzibati xərclərə qənaət;
-Və ən əsası zamana qənaət.