Audit xidmətləri

12.01.2026C&S Group 51

 

Audit, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun  iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur.

Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin qarşılıqlı marağı təşkil edir:

Şirkətimiz aşağıdakı daxili audit xidmətlərini təklif edir:

-Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə auditi;

-beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi;

-daxili nəzarət sisteminin qiymətləndirilməsi;

-əsas vəsait və qeyri maddi aktivlərin auditi;

-istehsal ehtiyyatlarının auditi;

-pul vəsaitlərinin auditi.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın