20 aprel 2023-cü il üzrə hesabatlar

12.04.2023C&S Group 1080

 

Hörmətli vergi ödəyiciləri nəzərinizə çatdırırıq ki, 20 aprel 2023-cü il tarixi ; 2023-cü ilin birinci rübü üzrə,

-sadələşdirilmiş vergi bəyannaməsi;

-xüsusi notariuslar üzrə gəlir vergisi;

-muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin

 Təqdim edilməsinin son günüdür.

Həmçinin, qeyd olunan tarixdən gec olmayaraq 2023-cü ilin mart ayı üzrə:

-idman mərc oyunları, lotereyalar, habelə, digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi;

-əlavə dəyər vergisi;

-aksiz;

-yol vergisi;

-mədən vergisi;

-daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi;

-pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi;

-sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi bəyannamələri də vergi orqanına təqdim olunmalıdır.

Xatırladırıq ki, vergi tutulan və vergidən azad edilən əməliyyatlar aparılan vergitutma obyektlərinə vergi ödəyiciləri tərəfindən hesabatın müəyyən edilən müddətdə təqdim edilməməsi təqdirdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın