Rəqabət Məcəlləsi qəbul olundu

02.07.2024C&S Group 413

 

Azərbaycan Rəqabət Məcəlləsi ilə yeni mərhələdə!

Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə 2024-cü il yanvarın 23-də Azərbaycan Respublikasının yeni Rəqabət Məcəlləsi dərc edilmişdir. Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə mindi. Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əvvəlki qanunlar, yəni “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar qüvvədən düşdü.

Rəqabət Məcəlləsi 12 fəsil və 84 maddədən ibarətdir. Əvvəllər qüvvədə olan rəqabət qanunvericiliyidən fərqli olaraq, yeni Rəqabət Məcəlləsi rəqabəti, antiinhisar qanunvericiliyini, inhisarçılığı, bazar iştirakçılarının hüquq və vəzifələrini, rəqabət orqanını, sanksiyaları və cərimələri, rəqabəti məhdudlaşdıran şaquli və üfüqi müqavilələrə dair müfəssəl tələbləri, haqsız rəqabəti, iqtisadi təmərküzləşməni və digər əlaqədar məsələləri tənzimləyir, habelə Azərbaycanda biznesin tənzimlənməsi qanunvericiliyinə xeyli sayda yeni konseptlər, anlayışlar və qaydalar gətirir. 

Bundan əlavə, Rəqabət Məcəlləsinin təsdiqi ilə Nazirlər Kabineti Məcəllənin tətbiqi üçün zəruri olan bəzi qaydaları da təsdiq edir:

- Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları;

- sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları;

- istehlakçıları verəcəyi faydadan çox bazarda rəqabətə mane olacaq hallar, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları;

- müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası;

- bazarın təmərküzləşməsinin həddi və bazarın təmərküzləşməsinin qiymətləndirilməsi qaydaları;

- rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları;

- baxış üçün götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydaları;

- maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydaları.

Nazirlər Kabineti Rəqabət Məcəlləsinin tətbiqi üçün zəruri olan texniki prosedurlar, sənədlərin formaları, müəyyən meyarlar, maliyyələşdirmə, siyahılar, müraciət prosedurları, o cümlədən hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını, sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi) və bununla bağlı digər məsələlərlə bağlı bir sıra qayda və normativ aktlar qəbul edir.

Şirkətimiz təcrübəli komandası ilə biznesin təşkili və  planlaması, bazara giriş mərhələsində, eləcə də faktiki biznes əməliyyatları zamanı müqavilə şərtləri də daxil olmaqla, biznesin tənzimlənməsi məsələləri üzrə məsləhətlər təqdim edir. Yeni Rəqabət Məcəlləsi bazar iştirakçıları arasında üfüqi və şaquli razılaşmalar üçün müfəssəl meyarlar və tələblərlə rəqabətin tənzimlənməsinin gücləndirilməsi üçün ciddi hüquqi əsasdır. Komandamız biznes münasibətlərində, işgüzar əməliyyatlarda və müqavilələrdə Azərbaycanın yeni rəqabət qanunvericiliyinin tətbiqi ilə bağlı lazımi məsləhətlərini, həmçinin biznesin faktiki ehtiyaclarını nəzərə almaqla yeni Rəqabət Məcəlləsinə əməl olunması ilə bağlı məsləhət və xidmətlərini təqdim edir. Potensial pozuntu və cərimələrdən qorunmaq üçün bizə müraciət edin.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın