Pərakəndə ticarət fəaliyyəti zamanı vergi öhdəliyi

18.08.2021C&S Group 1473

 

Pərakəndə satış, mal satışının son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) alıcıya təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində malların təqdim edilməsi nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada ödənildikdə, istehlakçıya nəzarət-kassa aparatının çeki ilə yanaşı POS-terminaldan çıxarış verilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV-dən ibarət olacaq.

Belə ki, fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 % dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın